Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2017


Ramil Usubov serbiyalı həmkarı ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Bakıda səfərdə olan Serbiya baş nazirinin müavini, Daxili İşlər naziri Neboyşa Stefanoviçlə görüşüb.

DİN-dən Axar.az-a verilən məlumata görə, nazir ölkəmizin tarixən Balkan dövlətləri, o cümlədən Serbiya ilə dostluq əlaqələrinin mövcudluğunu, hələ II Dünya müharibəsi zamanı xalqlarımızın faşizmə qarşı birgə mərdliklə mübarizə apardıqlarını, Yuqoslaviya partizan hərəkatında azərbaycanlıların da yer aldıqlarını məmnunluqla xatırladıb. İkitərəfli münasibətlərin qurulmasına və inkişafına ulu öndər Heydər Əliyevin xüsusi önəm verdiyini, iki ölkə rəhbərliyinin qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanmış sənədlər sayəsində əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan Ramil Usubov 2010-cu il mayın 13-də Bakıda imzalanmış "Azərbaycan Respublikasının Hökuməti ilə Serbiya Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in bu baxımdan iki ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin qurulmasında əhəmiyyətli rolunu diqqətə çatdırıb.

Nazir müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlər, ölkədə hökm sürmüş hərc-mərclik, anarxiya, cəzasızlıq mühiti, eyni zamanda, Ermənistanın hərbi müdaxiləsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, nəticədə 1 milyondan artıq soydaşımızın doğma yurd yerlərindən didərgin düşməsi, yalnız xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, onun rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkədə asayişin, əmin-amanlığın bərpa edilməsi, kriminogen durumun nəzarət altına alınması, bugünkü ictimai-siyasi sabitliyin dönməzliyinin təmin olunması üçün görülən işlər barədə qısa məlumat verib.

R.Usubov daxili işlər orqanlarında həyata keçirilən islahatlar barədə danışıb, ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul olunduğunu, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların böyük rolu olduğunu, həmin qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Bu istiqamətdə mühüm dəyişiklərdən birinin fəaliyyətin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi olduğunu deyən nazir son 10 ildə 8 minə yaxın əməkdaşın və hərbi qulluqçunun bir sıra beynəlxalq təşkilatların xəttilə çoxsaylı təlim və treninqlərə cəlb edildiyini, bunun şəxsi heyətin peşəkarlığının, hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə müsbət təsir göstərdiyini qeyd edib. Vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından ən müasir informasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunduğu bildirilib.

Beynəlxalq hüququn təməl prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı məsələsinə münasibətdə hər iki ölkənin mövqeyinin üst-üstə düşdüyünü nəzərə çatdıran Ramil Usubov Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə, parlament tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanınmasına görə Serbiya tərəfinə təşəkkür edib.

Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Neboyşa Stefanoviç ölkələrimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə genişlənərək daha da dərinləşdiyini, oxşar münaqişələrdən əziyyət çəkən hər iki dövlətin bir sıra problemlərə dair beynəlxalq müstəvidə eyni mövqedən çıxış etdiyini, yaxın dost saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Tarix
2016.12.05 / 13:33
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Fransa mediasında Azərbaycan həqiqətləri... - Foto

Ramiz Mehdiyev Moskvada radikalizmdən danışdı - Foto

Ərdoğan Ruhani ilə Soçidə görüşdü

Türkiyə niyə Rusiyaya meyil edir? - Politoloq

Sərkisyanın Qarabağ mövqeyini bölüşmürük - Barseqyan

Lavrovun Bakıya səfəri təəccüb doğurdu - Şərh

Ermənilərin Qarabağla bağlı uydurduğu “Putin planı”

İrəvanın bu şouya çox ehtiyacı var - Politoloq

Putin Qərbi Suriyada darmadağın etdi – Şərh

Millət vəkilindən həyəcan təbili: səhiyyədə…

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla