Yuxarı

Azərbaycan silahlanma indeksi üzrə dünyada 8-cidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 2013-cü il üçün qlobal silahlanma indeksi üzrə 8-ci olub.

"Axar.az"ın "APA"-ya istinadən verdiyi xəbərə görə, bu analiz Almaniyanın Bonn şəhərindəki Beynəlxalq Konversiya İnstitutu (BİCC) tərəfindən aparılan Qlobal Militarizasiya İndeksi (Global Militarization Index 2013) tədqiqatında əksini tapıb.

Müəlliflər 1990-cı ildən bəri bu cür tədqiqatlar aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclərin Ümumi Daxili Məhsulun həcminə olan nisbəti, bu sahədə çalışanların əhalinin ümumi sayına nisbəti və ağır silahların sayının əhalinin sayına olan nisbəti kimi parametrlər əsasında ölkələri qiymətləndirirlər.

Hesabat Stokholm Sülh Problemlərinin Araşdırılması İnstitutunun, Beynəlxalq Valyuta Fondunun, Dünya Səhiyyə Təşkilatının məlumatları əsasında hazırlanır.

Qlobal Militarizasiya İndeksində ilk üç yeri İsrail, Sinqapur və Rusiya tutur. Dördüncü sırada Ermənistan gəlir.

Müəlliflər Cənubi Qafqazda silahlanmanın artmasını Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqələndirirlər.

Tarix
2013.11.08 / 12:11
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla