Yuxarı

Hamburqdan Azərbaycana Qarabağ mesajı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın ATƏT-ə sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni heç nə gətirmədi. Hamburq toplantısından sonra ATƏT-ə sədrlik Avstriyaya keçir. Ancaq bu ölkənin də çox təşəbbüskar olacağını gözləməyə dəyməz. ATƏT-də sədrlik simvolik mahiyyət daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası ilə bağlı danışarkən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, ATƏT toplantılarında iştirak edən həmsədr dövlətlərin ya dövlət başçıları, ya da xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı adətən ortaq bəyanatla çıxış edirlər:

“Maraqlıdır, Suriyadakı müharibəyə, Krımın işğalına və Donbasdakı duruma fərqli baxan Rusiya, ABŞ və Fransa Qarabağ məsələsində yekdil mövqe ortaya qoyurlar. Ancaq bu mövqenin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsiri yoxdur. Budəfəki ortaq bəyanatın mətni Azərbaycana qarşı ultimativ tonda yazılıb. Doğrudur, mətndə konkret ölkələrin adı çəkilmir, ancaq “münaqişənin hərbi yolla həlli yoxdur” ifadəsi Azərbaycana mesajdır. Bəyanatdakı “biz aprel ayında döyüş meydanında törədilmiş vəhşiliklərdən xəbərdarıq və bunu şiddətlə pisləyirik” ifadəsi də qeyri-müəyyəndir. “Biz tərəfləri maneələri aradan qaldırmağa və insidentlərin araşdırılmasına dair mexanizmin yaradılması təklifi üzrə irəliləyişə nail olmağa çağırırıq” cümləsi birbaşa Azərbaycana mesajdır. Çünki rəsmi Bakı cəbhədəki toqquşmaların qarşısını almaq üçün monitorinqin keçirilməsində maraqlı deyil. Bu monitorinq işğalın rəsmiləşdirilməsi deməkdir”.

Politoloq danışıqlar prosesində irəriləyişin əldə olunmamasına görə həmsədrlərin də məsuliyət daşıdığını deyib:

“Çünki həmsədrlər Aprel döyüşlərinə görə Azərbaycan və Ermənistanın eyni məsuliyyət daşıdıqlarını bildirdilər. Əgər belədirsə, həmsədrlər cəbhədə növbəti toqquşmaya görə də məsuliyyəti ancaq bir dövlətin üzərinə qoymayacaqlar. Cəbhədə vəziyyət bu gün də gərgindir, üstəlik, Sərkisyan Hamburqda ATƏT toplantısı davam edərkən Dağlıq Qarabağda hərbi müşavirə keçirir. Bunun özü təxribatdır. Ancaq bu təxribatına görə ATƏT həmsədrləri Sərkisyana etiraz etmirlər”.

Siyasi şərhçi bildirib ki, bəyanatın sonuncu abzası münaqişənin necə həll olunması mexanizminə həsr olunsa da, yeni heç nə yoxdur:

“Madrid planında nə varsa, həmsədrlərin sonuncu abzasında yer alıb. Abzasdakı bircə maddədən başqa bütün digər maddələr Azərbaycan üçün münasibdir. Həmin cümlə də “gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradəsi yolu ilə yekun statusunun müəyyənləşməsi” ifadəsindən ibarətdir. Rəsmi Bakı bu maddəni belə görür: “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ öz statusunu müəyyənləşdirə bilər”. Ümumiyyətlə, beynəlxalq vasitəçilərin “ərazi bütövlüyü” ilə “xalqların öz müqəddəratını təyin etməsi” prinsiplərini bərabər tutması münaqişənin həllini sürətləndirməyəcək”.

Tarix
2016.12.10 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla