Yuxarı

Heydər və İlham Əliyevin həll etdiyi 10 problem - Markov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016.12.10. 14:26

Siyasi araşdırmalar İnstitutunun direktoru Sergey Markov srağagün keçirilən dəyirmi masada çıxış edərkən Rusiya–Azərbaycan münasibətləri haqda danışıb.

O, “Rusiya–Azərbaycan münasibətləri: 25 il dostluq və qarşılıqlı faydalı əməkdaşlıq” mövzusunda keçirilən dəyirmi masada müasir Azərbaycan tarixində dövlətçiliyinin təşəkkülünü iki dövrə ayırıb: Heydər Əliyev və İlham Əliyevlə bağlı olan inkişaf dövrü.

Axar.az xəbər verir ki, politoloq Heydər Əliyevin beş əsas vəzifəni icra edə bildiyini açıqlayıb:

Birincisi, Ermənistanla müharibənin dayandırılması. Erməni qoşunları Azərbaycan ərazisinə daxil olub, böyük əraziləri ələ keçiriblər və sonra da getmək niyyətində olublar. Bildiyimə görə, qaynar başların Bakıya irəliləməsi zəruriliyi barədə danışıqlar olub. Bu müharibəni Heydər Əliyev dayandırdı.

İkincisi, vətəndaş müharibəsinin dayandırılması və əhalinin geniş dəstəyinə arxalanan güclü liderin siyasi sisteminin yaradılması.

Üçüncü - ölkənin əsas neft-qaz ehtiyatları üzərində milli nəzarətin ələ keçirilməsi. Özəlləşdirməyə icazə verilmədi, strateji tərəfdaş kimi transmilli korporasiyalar seçildi və səmərəli neft və qaz hasil edilməyə başladı. Özü də onlara neft-qaz şirkətləri üzərində nəzarət vermədilər, dövlət nəzarəti təmin olundu.

Dördüncüsü, Türkiyənin simasında strateji müttəfiq yaradıldı.

Beşinci – mobil mədəniyyət yaradıldı. Azərbaycan, türk və rus mədəniyyətlərindən ibarət vahid bir mədəniyyət. Belə sabit, kifayət qədər ahəngdar uyğunluğa, sözün düzü, bir çox ölkələr nail ola bilməyib.

Markov İlham Əliyevin həll etdiyi birinci vəzifənin iqtisadiyyatın və həyat səviyyəsinin sürətli inkişafı olduğunu söyləyib:

“İkinci yerinə yetirilən vəzifə Azərbaycanın dünyada kifayət qədər məşhurluq və populyarlıq qazanmasıdır. Bakı bütün mümkün olan beynəlxalq konfransların keçirildiyi Avrasiyanın əsas meydançalarından biridir. Azərbaycan böyüyən turizmdən böyük gəlirlər götürür. Doğrudur, bunun üçün təkcə mehmanxanların tikilməsi və konfransların keçirilməsinə ehtiyac olmadı, həm də İran və ərəb ölkələri ilə viza rejimi sadələşdirildi. Bu, pis deyil və bizim üçün dərsdir.

Üçüncüsü, əvvəlki dövrdən daha güclü ordu yaradıldı. Bu ordu ölkənin suverenliyini dövlətin bütün ərazisində bərpa etmək imkanına sahibdir. Hələlik ordu problemin sülh yolu ilə həllini gözlədiyinə görə bunu etmir.

Dördüncüsü, islam cəmiyyəti və müasir dünyəvi institutlar üçün özünəməxsus birləşmə yaradıb. Azərbaycan həm Avropanın, həm islam dünyasının, həm rus dünyasının, həm də MDB-nin bir parçası və bir çox nəqliyyat axınları və dəhlizlərin əsas hissəsi sayılır.

Beşincisi isə müasir şəhər yaradılıb. Bu, həyat keyfiyyətinin kəskin artmasını göstərir”.

Tarix
2016.12.12 / 00:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla