Yuxarı

Hökumət qənaət rejiminə keçib - Əli Həsənov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft-qaz gəlirlərinin azalması, başqa dövlətlər kimi, Azərbaycan iqtisadiyyatına da təsir edib. Təbii ki, hökumət qənaət rejiminə keçib, ikinci planda olan bir sıra layihələrin icrası dayandırılıb.

Axar.az xəbər verir ki, bu sözləri Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Əl Cəzirə” telekanalına müsahibəsində deyib. Ə.Həsənov bildirib ki, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məsələlərin həlli davam etdirilir, əhalinin sosial təminatında hər hansı problem yaranmayıb:

“Yeni şəraitdə Prezident İlham Əliyev dərin iqtisadi islahatların həyata keçirilməsini elan etdi, gəlirlərin neft-qazdan asılılığının tədricən azalmasına əsaslanan yeni iqtisadi siyasətin reallaşdırılmasına başlandı. Beləliklə, Azərbaycan üçün 3 sektorun inkişaf etdirilməsi prioritetdir: beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin formalaşdırılması; torpaqların səmərəli istifadəsi, kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə ixrac potensialının yüksəldilməsi; turizm sektorunun inkişafı”.

Əli Həsənov vurğulayıb ki, son illər Azərbaycanın turizm sektoruna böyük investisiyalar yatırılıb: “Yüzlərlə müxtəlif səviyyəli otel, onlarla istirahət mərkəzi tikilib.

Həmçinin son illər texnologiya və rabitə sahəsində də ciddi inkişaf vardır. Azərbaycan artıq fəzaya iki süni peyk çıxarıb. Ölkəmiz bu sahəni daha da inkişaf etdirməyə səy göstərir”.

Tarix
2016.12.10 / 15:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla