Yuxarı

Banklara yeni qadağa qoyuldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bank ölkədə fəaliyyət göstərən banklara daha bir qadağa qoyub.

Belə ki, Mərkəzi Bankın baş direktoru Rəşad Orucovun adından ölkədəki banklara rəsmi məktub (11.02.2014 tarixli) göndərilib. Məktubda banklara Ədliyyə Nazirliyində qeydə alınmayan layihələr üzrə bank əməliyyatı aparılması qadağan edilib.

Bu barədə iqtisadçı ekspert Samir Əliyev məlumat verib. Onun sözlərinə görə, məktubda istinad olaraq "Qrant haqqında" Qanuna 17 dekabr 2013-cü il tarixində edilmiş dəyişiklik göstərilir.

Ekspert bildirib ki, bu qadağanın mahiyyəti ondan ibarətdir ki, banka müraciət edən QHT-yə hesabdan pul çıxarmağa imkan verilmir:

"Səbəb də budur ki, QHT Ədliyyə Nazirliyindən bildiriş almalıdır və onu banka təqdim etməlidir. Məsələ ondadır ki, bu məhdudiyyət fəaliyyətdə olan qrant müqavilələrinə də şamil edilir. Halbuki elementar bir prinsip var: qanun geriyə şamil edilmir. Bunun üçün hüquqşünas olmağa ehtiyac yoxdur. Qanuna dəyişiklik yeni bağlanacaq müqavilələrə aid edilməlidir. Mərkəzi Bank isə bunu bütün layihələrə şamil edir. Zərbə isə QHT-lərə dəyir.

Onsuz da bütün QHT-lər müqavilələri Ədliyyə Nazirliyinə göndərirdi. Əks halda 1 aydan sonra cərimə olunurdu. Cərimədən qaçan istənilən QHT layihənin müqaviləsini Nazirliyə göndərib işlərini görürdülər. Nazirlikdə onları öz sistemində qeydə alırdı, bildiriş göndərməsə belə. Sadəcə bu vaxta qədər bildirişə çox da önəm verilmirdi. Ona görə də faktiki icrada olan layihələrin işi dayanıb".

S.Əliyevin sözlərinə görə, məsələ ilə bağlı QHT-yə Dəstək Şurasında Komissiya yaradıb: "Müzakirələrdə bu məsələ qaldırılıb. Ancaq faktiki nəticə yoxdur". ("Xəbərdar.az")

Tarix
2014.03.28 / 22:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla