Yuxarı

Ziyalılar Forumundan Əkrəm Əylisliyə cavab gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Əkrəm Əylisli "Yeni Müsavat"a müsahibəsində Ziyalılar Forumu haqda verilən sualı cavablayarkən qurumun üzərinə düşən missiyanı sona qədər yerinə yetirmədiyini bildirib. Qalmaqallı "Daş Yuxular" romanının müəllifi bunu sonradan Ziyalılar Forumunun üzvlərinin siyasətə qatılması ilə əlaqələndirib. Yazıçı qurumun üzvlərinin siyasətlə məşğul olmasından sonra insanlarda onlara qarşı inamın azaldığını da qeyd edib.

Ziyalılar Forumunun yaradıcılarından olan və sonradan Milli Şuranın prezidentliyə vahid namizədi seçilən professor Cəmil Həsənli "Axar.az"a açıqlamasında Əkrəm Əylislinin fikirlərinə münasibət bildirdi:

"Mən Əkrəm Əylislinin fikirlərinə hörmətlə yanaşıram. Qaldı tənqidə, qadağan deyil ki, kim istəsə bütün məsələlərdə öz fikirlərini sərbəst şəkildə ifadə edə bilər".

Hakimiyyət verdiyi sözə əməl etmədi

Turan İnformasiya Agentliyinin direktoru, Ziyalılar Forumunda təmsil olunan Mehman Əliyev Əkrəm Əylislinin fikirləri ilə razı olmadığını bildirdi və Ziyalılar Forumunun düz yolda olduğunu qeyd etdi:

"Ziyalılar Forumundan hakimiyyətə çağırışında problemlər, nöqsanlar öz əksini tapmışdı. Əkrəm Əylisli özü də onun hazırlanmasında, təşkil olunmasında iştirak edib. Hakimiyyət keçən il də dialoqa başlamasına söz verdi və başladı da. İyulun 2-də baş tutan sonuncu görüşdə Prezident Administrasiyası İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənova bir neçə təklif verdik və o da təkliflərə baxılıb, qərarlar qəbul ediləcəyinə söz verdi. Sonra təəssüf ki, hakimiyyət verdiyi sözə əməl etmədi və dialoqdan qaçdı. Bu gün hakimiyyət vətəndaş cəmiyyətinə, o cümlədən ziyalılara basqı edir, fikir azadlığı, sərbəst toplaşma azadlığı kobud şəkildə pozulur. Ona gör də Ziyalılar Forumunu siyasətə qarışmaması fikri ilə razı deyiləm".

İnsanların Ziyalılar Forumuna inamı daha da artdı

"Ziyalılar Forumu hakimiyyətlə dialoqa getməkçün əlindən gələni etdi, amma buna cavab olaraq hakimiyyət danışıqlardan qaçdı və verilən təklifləri yerinə yetirmədi. Belə olan halda siyasi proseslərdən kənarda dura bilməzdik. Qaldı insanların Ziyalılar Forumuna inamının azalması ilə də razı deyiləm. Son seçkilər Ziyalılar Forumunun necə düz yolda olduğunu göstərdi. Milli Şurada Ziyalilar Forumunun üzvlərinin təmsil olunması son seçkilərdə xalqın müxalifətə inamını daha da artırdı".

Tarix
2013.11.08 / 15:12
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Əskiparaya gedən yol bağlandı: bu gün qaytarılır?

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla