Yuxarı

Əli Əhmədov səhiyyədən narazılıq etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin müavini təyin edilən Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov yeni təyinatı ilə bağlı ona tapşırılan sahəyə toxunub.

"Axar.az"ın "APA"-ya istinadən verdiyi məlumata görə, Ə.Əhmədov sosial sahə üzrə baş nazirin müavini kimi görüləcək işlərdən danışıb.

O qeyd edib ki, Azərbaycanda prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əhəmiyyətli bir hissəsi insanlara qayğı və bunun artırılması ilə əlaqədardır: "Səhiyyə xidmətinin yaxşılaşdırılması, digər sahələrdə sosial problemlərin həlli istiqamətində çox möhtəşəm layihələr həyata keçirilib. Azərbaycanda səhiyyə infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrin kifayət qədər böyük həcmdə və böyük miqyasda olduğunu qeyd etmək olar. Xəstəxanaların vəziyyəti köklü surətdə yaxşılaşıb, bu istiqamətdə sosial layihələr və islahatlar bundan sonra da davam etdiriləcək. İndi qarşıda duran vəzifələr ondan ibarətdir ki, səhiyyə xidmətinin keyfiyyəti daha da yaxşılaşdırılsın, həkimlərin peşəkarlıq səviyyəsi yüksəldilsin, bu istiqamətdə işlər ümumilikdə dünya standartları səviyyəsinə qaldırılsın ki, Azərbaycan vətəndaşlarının hər birinə keyfiyyətli səhiyyə xidməti göstərilsin. Müalicə üçün Azərbaycandan kənara gedən insanların da sayı azalsın. Güman edirəm ki, belə hallar gələcəkdə tamamilə aradan qaldırılacaq və insanların Azərbaycandan kənara müalicə ehtiyacı ilə əlaqədar getməsi çox nadir hallarda olsun. Əks halda, hesab edirəm ki, bu, Azərbaycan həkimlərinin peşəkarlıq səviyyəsinə vətəndaşlarımız tərəfindən inamsızlığın itirilməsinin ifadəsi ola bilər".

Tarix
2013.11.08 / 15:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla