Yuxarı

Ermənilərin "Bakı hücuma keçəcək" xofunun - Səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan siyasi rəhbərliyi hazırda sıxılmış vəziyyətdədir, daxildən də təzyiqlər artır.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Qərbin prosesə çoxdan qoşulduğunu bildirən politoloqun qənaətinə görə, Rusiyanın qeyri-diplomatik formada təzyiqləri də bura əlavə olunur:

“Beş rayonun Azərbaycana qaytarılması barədə Rusiyanın səylərindən sonra Ermənistan bu təklifdən yayındı. Putin və ya Lavrov planını rədd edən İrəvan bir növ danışıqlar prosesinin dalana dirənməsində əsas səbəbkar rolunu oynadı. Bunun ardınca hərbi təlimlərə başlayan ermənilərin bu hərəkəti isə Rusiyanı tam olmasa da, qismən qəzəbləndirdi. Moskva İrəvanın qeyri-itaətkar davranışına səssiz qalmadı. Çünki sülh prosesinin pozulması və ATƏT-ə göndərilən təhdidlər beynəlxalq ictimaiyyətdə Rusiyanın günahı kimi qiymətləndirildi. Ermənistanın məhz Rusiyanın qəyyumluğu sayəsində daha da qudurduğu bildirildi. Bunun ardınca Rusiya Ermənistana qarşı təzyiq siyasətinə keçdi. Əvvəlcə, belə bir fikir yayıldı ki, Rusiya hər iki tərəfi bəlli şərtlər altında sülh sazişinə vadar edəcək. Sonra isə tamam başqa bir versiya da üzə çıxdı. Müəllifi ermənilərin olduğu bu versiyaya görə, guya 2017-ci ildə Rusiyanın qəsdən susqun olması nəticəsində Azərbaycan yenidən hücuma keçəcək. Hətta bir az da qabağa gedərək məhz Rusiyanın diktəsi ilə Azərbaycanın Ermənistana qarşı sui-qəsd planı hazırladığını iddia edirdilər. Bütün bunlardan o qənaətə gəlmək olar ki, yenidən Rusiya ilə Ermənistan arasında soyuq küləklər əsməyə başlayıb”.

Politoloqun sözlərinə görə, Petrosyanın Qarabağla bağlı mövqeyi bu prosesi sürətləndirib və hazırda daxili ictimai rəydə çox ciddi rezonans yaşanır:

“Sərkisyanı nüfuzdan salan amillərdən biri də Ermənistanla Azərbaycan arasında sülh platforması oldu. İrəvandan Bakıya erməni axını baş verməsə də, ermənilərin gəlişi prosesi sürətlənir. Ermənistanın işğalçı və genosid siyasəti faş olur. Ermənistan siyasi rəhbərliyi hazırda sıxılmış vəziyyətdədir, daxildən də təzyiqlər artır. Qərb prosesə onsuz da çoxdan müdaxilə edir. İndi Rusiyanın qeyri-diplomatik təzyiqləri də bura əlavə olunur. Bir sözlə, Sərkisyan rejimi çox ciddi böhran yaşayır və bu, onun süqutu deməkdir”.

Tarix
2017.01.10 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla