Yuxarı

Sakit xalqı hakimiyyətə qarşı təhrik edənlər... - Xidmət rəisi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin, idarəetmə sisteminin inkişaf etdirilməsinin, qanunsuz miqrasiyanın qarşısının alınmasının, miqrasiya prosesləri üzərində dövlət nəzarətinin və müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin vahid dövlət orqanı tərəfindən aparılması bu sahədə işlərin effektivliyini daha da artırıb. Ötən dövr ərzində miqrasiya siyasətinin ölkəmizin siyasi və iqtisadi maraqlarına yönəldilməsi məqsədilə qanunvericilik bazası möhkəmləndirilib. Eyni zamanda, Dövlət Miqrasiya Xidməti fəaliyyətində Sizin tapşırıqlarınızı və tövsiyələrinizi rəhbər tutaraq, işini müasir tələblərə uyğun qurub.

Axar.az xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Prezidentin iştirakı ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Müasir dünyada miqrasiya proseslərinin tənzimlənməsi və miqrantların hüquqlarının qorunması ən aktual problemlərdən olduğunu qeyd edən F.Nəbiyev İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün axınına şahid olduğumuzu bildirib.

"Dünyada, ümumilikdə, 65,3 milyon şəxs məcburi olaraq öz yurd-yuvasından didərgin düşüb. Vətəndaşlığı olmayan şəxslərin sayı isə 10 milyona yaxınlaşıb.

Bu gün sakitcə öz həyatını yaşayan xalqı demokratiya pərdəsi altında hakimiyyətə qarşı qaldıran və ona gözəl gələcək vəd edənlər indi həmin xoşbəxt gələcəyə qovuşmaq üçün Avropaya sığınan milyonlarla insanı dəmir və beton sədlərlə, tikanlı məftillərlə, polis zorakılığı ilə, hətta insanlığa sığmayan əməllərlə üz-üzə qoyurlar. Lakin acınacaqlı vəziyyətin aradan qaldırılması istiqamətində hələ ki, real və konkret addımlar atmayan Avropanın cəhdləri və bəyanatları isə heç bir nəticə vermir. Avropa ölkələrində qəbul edilən qanunlar insanların irqindən, dinindən asılı olmayaraq, hər kəsə bərabər hüquqlar, yüksək həyat şəraiti nəzərdə tutsa da, bir sıra ölkələr miqrantlara dini mənsubiyyətlərinə görə yanaşırlar".

Ölkəmizin miqrasiya sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini vurğulayan Nəbiyev qeyd edib ki, Azərbaycanın geosiyasi cəhətdən əlverişli məkanda yerləşməsi, siyasi sabitlik, dinamik iqtisadi inkişaf, aparılan uğurlu xarici siyasət ölkəmizi miqrantlar üçün cəlbedici edir. Miqrasiya proseslərinin intensivləşməsi və qeyd olunanların məntiqi sonluğu kimi dövlətimiz mənşə ölkəsindən müasir və sürətlə inkişaf edən tranzit və təyinat ölkəsinə çevrilib:

"Bununla yanaşı, ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə təsir edən əsas amil kimi qeyd edilməlidir. Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə bu günə qədər miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusu qeydə alınmayıb".

Tarix
2017.01.11 / 01:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla