Yuxarı

Tramp Azərbaycana yeni səfir təyin edəcək? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trampın Azərbaycan kimi ölkələrdə səfirləri dəyişdirməyə ehtiyacı yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın yeni prezidentinin Obama administrasiyası dövründə təyin olunmuş bütün səfirləri geri çağıracağı ilə bağlı yayılan məlumatları şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, bu, qısa müddətdə prosedur baxımından mürəkkəb məsələdir:

“ABŞ-ın Azərbaycandakı səfiri Sekutanın da geri çağrılıb-çağrılmayacağı müzakirə predmetidir. Sekuta bildirib ki, Tramp onu Azərbaycanda saxlasa, qalıb işləyəcək. Əslində, Sekuta bununla Azərbaycandakı fəaliyyətini davam etdirmək istədiyinə işarə edib. Trampın Azərbaycan kimi ölkələrdə səfirləri dəyişdirməyə ehtiyacı yoxdur. Tramp üçün Rusiya, Çin və İsrail kimi ölkələrdə səfirlərin dəyişməsi vacibdir və Ağ Ev sahibinin yeni xarici siyasətində bu istiqamətlər əsas götürüləcək. Görünür, Tramp buna ona görə ehtiyac duyur ki, Obamanın təyin etdiyi keçmiş səfirlər onun siyasətinə qarşı gizli fəaliyyət göstərməsinlər. Çünki Dövlət Departamentində Trampın gələcək xarici siyasətindən narazı olanlar var”.

Politoloq hesab edir ki, Cənubi Qafqaz yeni Ağ Ev administrasiyasının fəal xarici siyasət həyata keçirəcəyi istiqamətlərdən biri deyil:

“Ona görə də təcili surətdə Sekutanı dəyişməyə ehtiyac yoxdur. Digər tərəfdən, Sekuta Bakıya mane olmur. Birincisi, Azərbaycan hakimiyyəti Sekutanın fəaliyyətindən razıdır; İkincisi, Sekuta Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının vacibliyini bildirib”.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sələfi Barak Obama tərəfindən təyin edilən bütün səfirləri geri çağıracağı bildirilib.

Hələ təsdiqini tapmasa da, məlumata görə, səfirlərə ABŞ-a qayıtmazdan əvvəl həm peşəkar, həm də şəxsi işlərini başa çatdırmaq üçün vaxt verilməyəcək.

Tarix
2017.01.11 / 11:21
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan razılaşdı: 4 kəndlə bağlı qərar verildi - Təcili

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla