Yuxarı

Azərbaycan islam dünyasının incisidir - Rus jurnalist

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin islam həmrəyliyi ili elan edilməsi çox müsbət faktdır.

Axar.az xəbər verir ki, bunu “Moskva-Bakı” portalına müsahibəsində rusiyalı jurnalist Maksim Şevçenko söyləyib. O, Azərbaycanın beynəlxalq arenada avtoritetinin kifayət qədər yüksək olduğunu bildirib:

“Azərbaycan islam dünyasının həm şiə, həm sünni qolunun bir hissəsidir. Azərbaycan çoxmillətli və çoxdinli dövlətdir. Azərbaycan ərazisində yaşayan xalqların çoxu islama etiqad edir, amma buna baxmayaraq, xristian və yəhudilərə də hörmət edilir. Azərbaycan islam dünyasının incilərindən biridir. O, dünyaya böyük islam alimləri, filosofları, mədəniyyət xadimləri bəxş edib. Mən Azərbaycan deyəndə təkcə bugünkü dövləti yox, həm də mərkəzi Təbriz olan bütöv Azərbaycanı nəzərdə tuturam. Biz bilirik ki, İranın Ali dini lideri Əli Xamenei əslən azərbaycanlıdır. Azərbaycanlılar bu gün İranın siyasi, iqtisadi həyatında böyük rol oynayır.

Azərbaycan bu gün müasir siyasət həyata keçirir. Ölkə rəhbəri başqa ölkələrlə münasibətləri yoluna qoyaraq, layiqli şəkildə öz dövlətini idarə edir. Azərbaycanın beynəlxalq arenada avtoriteti kifayət qədər yüksəkdir”.

Tarix
2017.01.11 / 15:33
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla