Yuxarı

On üç il ərzində on üçüncü dəfədir ki... - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasında yenidən olmağımdan çox şadam. Çox şadam ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Bu, mənim Prezident kimi muxtar respublikaya sayca 13-cü səfərimdir. On üç il ərzində on üçüncü dəfədir ki, Naxçıvandayam. Bu rəqəm özlüyündə bir göstəricidir, onu göstərir ki, Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir.

Axar.az xəbər verir ki, bunu Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə Prezident İlham Əliyev bildirib.

"Ulu öndər Heydər Əliyev həmişə Naxçıvana böyük diqqətlə yanaşırdı, respublikanın problemlərinin həlli üçün müvafiq göstərişlər verirdi və böyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm və Naxçıvana həmişə çox böyük diqqət verilir, böyük qayğı göstərilir.

Çox şadam ki, respublikanın uğurlu inkişafı təmin edilir. Bu münasibətlə respublikanın rəhbərliyini və sakinlərini təbrik etmək istəyirəm. Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var.

Bu gün mən üç rayonda - Ordubad, Culfa, Şahbuz rayonlarında və Naxçıvan şəhərində olmuşam. Ordubad rayonunda elektrik stansiyasının təməli qoyuldu. Bu, çox böyük layihədir, böyük stansiya olacaq, 36 meqavat gücündə su elektrik stansiyası tikiləcək. Bu, Naxçıvan Muxtar Respublikasının iqtisadi və enerji potensialını böyük dərəcədə gücləndirəcək. Naxçıvanın enerji təhlükəsizliyi təmin edilir. Son illərdə bir neçə stansiya tikilmişdir. Xatırlayıram, 2010-cu ildə Biləv Su Elektrik Stansiyasının açılışını qeyd etmişdik, 2014-cü ildə Arpaçay Su Elektrik Stansiyasının, 2015-ci ildə isə Günəş Elektrik Stansiyasının açılışları olmuşdur. Bunlardan əvvəl isə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası istifadəyə verilmişdir. Yəni, respublikanın enerji potensialının möhkəmləndirilməsi işində çox böyük addımlar atılmış və enerji təhlükəsizliyi tam təmin edilmişdir.

Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra isə enerji təhlükəsizliyi daha da möhkəmlənəcək və eyni zamanda, Naxçıvanın ixrac potensialı daha da artacaq. Çünki bu gün respublika elektrik enerjisini ixrac edir.

Naxçıvanda qazlaşdırma layihələri artıq neçə ildir ki, başa çatıb. İndi Naxçıvanda qazlaşdırma 100 faizdir. Elə bir yaşayış məntəqəsi yoxdur ki, orada qaz olmasın. Bu da böyük nailiyyətdir. Bildiyiniz kimi, 2005-ci ildə burada mənim iştirakımla İran İslam Respublikasından Naxçıvana mübadilə yolu ilə təbii qazın verilməsinə başlanmışdır. Artıq üstündən on ildən çox vaxt keçib və bu layihə çox uğurla icra edilir. Ordubad Su Elektrik Stansiyasının yaradılması da İran ilə Azərbaycan arasında imzalanmış və təsdiqlənmiş saziş əsasında baş verir. Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi həm İranın, həm də Azərbaycanın enerji gücünü artıracaq və eyni zamanda, bu layihə İran-Azərbaycan dostluğunun təzahürüdür. Biz enerji sahəsində, digər sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu yaxınlarda Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu qatarı yola salındı.

Enerji potensialı və enerji təhlükəsizliyi Naxçıvan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmizin əsas hissəsi ilə Naxçıvanın coğrafi əlaqəsi yoxdur. Belə olan halda biz mütləq enerji potensialının inkişafına fikir verməliyik. Bu gün Naxçıvan elektrik enerjisi ilə tam təmin olunub və eyni zamanda, enerji ixrac edir. Naxçıvan təbii qazla da tam təmin olunub. Gələcəkdə bərpa olunan enerji növlərinin yaradılmasından, xüsusilə Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra Naxçıvanda enerji məsələləri ilə bağlı bundan onilliklər sonra heç bir problem olmamalıdır.

Bununla bərabər, əlbəttə ki, digər infrastruktur layihələri daim diqqət mərkəzindədir. Naxçıvan şəhərini digər şəhərlərlə birləşdirən gözəl və çox keyfiyyətli yollar salınıb. Bu gün mən bu yollardan keçmişəm. Onlar bir neçə ildir ki, istifadəyə verilib, amma elə bil ki, dünən tikilib. Yəni, çox gözəl, keyfiyyətli yollardır. Naxçıvan-Culfa, Naxçıvan-Şahbuz, Naxçıvan-Sədərək yolları ən yüksək standartlara cavab verir. Bir yol layihəsi hələ ki, öz həllini gözləyir. Bu da Culfa-Ordubad layihəsidir. Biz onu da növbəti mərhələdə həll edəcəyik və beləliklə, şəhərlərarası yollar problemi aradan götürüləcək. Kənd yollarının tikintisi də uğurla gedir və bu proses davam edəcək.

Bu gün biz Culfa və Şahbuz rayonlarında içməli su və kanalizasiya layihələrinin rəsmi açılışını qeyd etdik. Bu da çox önəmli layihələrdir. Hər iki şəhərə təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilməsinə başlanmışdır. Ondan əvvəl Naxçıvan şəhəri su ilə təmin edilmişdir. Bu gün biz artıq digər şəhərlərə də suyun verilməsini təmin edə bildik. Bu da çox önəmlidir. İnsan sağlamlığı üçün əsas amillərdən biri də təmiz sudur. Biz onu da həll etmişik. Bu il Dövlət İnvestisiya Proqramında Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin su-kanalizasiya problemlərinin həlli məsələləri də öz əksini tapacaq.

Yəni, bunlar əsas infrastruktur layihələridir - elektrik enerjisi, təbii qaz, içməli su, yollar. Artıq demək olar ki, bu işlərin mütləq əksəriyyəti görülübdür. Bu, respublikanın potensialını göstərir, eyni zamanda, sosial infrastruktur da yaradılır. Bax, bu məktəb bunun bariz nümunəsidir. Son illər ərzində Naxçıvan Muxtar Respublikasında artıq 200-ə yaxın yeni məktəb tikilib, yaxud da ki əsaslı şəkildə təmir olunub. Təmirə ehtiyacı olan cəmi bir neçə məktəb qalıb. Əminəm ki, yaxın gələcəkdə bu məsələ də həllini tapacaq.

Digər sosial infrastruktur layihələri səhiyyə ilə bağlıdır. Hesab edirəm ki, Naxçıvan bu istiqamətdə də nümunəvi bir respublikadır. Burada bütün şəhərlərin və rayonların mərkəzi xəstəxanaları yenidən tikilib. Mən onların bəzilərinin açılışlarında iştirak etmişəm. Naxçıvan şəhərində doğum evi, diaqnostika mərkəzi, respublika xəstəxanası, bütün bu tibb ocaqları ən yüksək standartlara cavab verir və ən müasir avadanlıq quraşdırılıb", - İlham Əliyev qeyd edib.

Tarix
2017.01.12 / 00:48
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla