Yuxarı

Deputatdan vitse-prezidentlərlə bağlı ilginc mesaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vitse-prezidentlərlə bağlı indidən konkret ad çəkilməsinin tərəfdarı deyiləm. Çünki bununla bağlı öz şəxsi fikirlərim var və lazım gəlsə, gələcəkdə bildirəcəyəm.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat vitse-prezidentlərin təyinatı barədə danışarkən konkret ad çəkməsə də, fəaliyyət və qabiliyyətinə görə, siyasət və iqtisadiyyatı dərin bilən, ölkənin taleyi ilə maraqlanan, onu stabil görmək istəyən peşəkar insanların bu vəzifələrə gətiriləcəyini açıqlayıb:

“Ancaq bütün bu prioritetlərin hamısı prezidentin ixtiyarında olan məsələdir, son qərarı da o verəcək. Ən başlıcası, dövlət başçısı istəyir ki, Dağlıq Qarabağ problemi həll olunsun. Ona görə də konkret adların çəkilməsinin tərəfdarı deyiləm. Çünki bu, ölkə başçısının səlahiyyəti daxilindədir”.

Millət vəkili onu da qeyd edib ki, Azərbaycanda vitse-prezidentlik institutu qurulacaq və bunun üçün də hökumətə vaxt verilib:

“Hökumət bu vaxt ərzində hazırlanacaq normativ sənədləri prezidentə təqdim edəcək. Prezident isə sonda təyinatları aparacaq. Hələliksə dediyim kimi, indidən konkret ad çəkmək istəmirəm”.

Tarix
2017.01.12 / 17:08
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla