Yuxarı

Ramaldanov: Ermənistanın hərbi sənayesi elə vəziyyətdədir ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində intensivlik artdığı üçün ermənilər növbəti dəfə təxribat xarakterli əməllərə əl atıblar. Onlardan biri ötən il dekabrın 29-da baş verdi. Lakin bu təxribatın qarşısı alındı. Həmin təxribatın qarşısının alınması zamanı Azərbaycanın bir əsgəri şəhid oldu. Bu təxribatdan sonra Tovuz istiqamətində şəhid olan əsgərimizin cəsədi naməlum səbəblərdən Ermənistan tərəfdədir və ermənilər hələ də onu qaytarmayıblar.

Bu fikirləri ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan silahlı bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın ərazidə törətdiyi növbəti təxribatla bağlı Azərtac-a açıqlamasında bildirib.

Ehtiyatda olan polkovnik bildirib ki, ermənilər indi də həmin istiqamətdə pilotsuz uçuş aparatı vasitəsilə kustar üsulla hazırlanan partlayıcı qurğu atıblar. Həmin qurğunun daxilinə partlayış zamanı insanın sağlamlığına xələl gətirə bilən, yaxud da ki insanı öldürə bilən çoxlu sayda metal qəlpələr, partladıcı maddə doldurub və elektrik detonatoru yerləşdiriblər. Bu təxribat onu göstərir ki, ermənilər Azərbaycan xalqına qarşı beynəlxalq normalara və insanlığa sığmayan fəaliyyət nümayiş etdirirlər. Onların bu çirkin əməlləri və niyyətləri alınmayacaq. Bu, Azərbaycan tərəfini adekvat addımlar atmağa vadar edir.

Ş.Ramaldanov deyib: “Bu, onu göstərir ki, Ermənistanın hərbi sənayesi o qədər geridə qalmış vəziyyətdədir ki, onlar ancaq belə sadə, qadağan olunmuş və kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə etməyə məcbur qalıblar. Bununla da ermənilər özlərini gülünc vəziyyətə salırlar. Digər tərəfdən, həmin partlayıcı qurğu daha çox mülki əhaliyə, uşaqlara zərər vura bilər. Bir neçə il bundan əvvəl Tovuz istiqamətində ermənilərin təxribatı nəticəsində buna bənzər üsulla hazırlanmış kukla partlamışdı və nəticədə azyaşlı uşaq həlak olmuşdu. Nə qədər ki,

Ermənistan analarının öz övladlarına olan məhəbbəti Azərbaycana nifrətindən az olacaq, bu qeyri-insani vəziyyət o vaxtadək davam edəcək. Çünki bu dövlət sərhədidir, əvvəllər mülki əhalinin də zərər gördüyü Tovuz rayonudur. Ermənilər yenə də həmin istiqamətdə təxribata əl atırlar”.

Vurğulanıb ki, ermənilərin atdığı bütün təxribatçı addımlar beynəlxalq normalara ziddir. Onlar da bunu yaxşı başa düşürlər. Azərbaycanın müəyyən qurumları təmas xəttində yaşayan sakinlərlə mənşəyi məlum olmayan əşyalardan uzaq olmaları barədə maarifləndirmə işləri aparıblar. Bizim müdafiənin ön xəttindəki hərbi qulluqçularımız da düşmən təxribatının qarşısını layiqincə alırlar.

“Əgər Ermənistan dövləti öz təxribatçı əməllərindən əl çəkməsə, o zaman baş verə biləcək hər hansı insidentin nəticələrinə görə bütün məsuliyyət işğalçı ölkənin üzərinə düşəcək. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunması üçün bütün tədbirləri görür. Münaqişənin həlli sülh yolu ilə alınmasa, milli ordumuz ərazi bütövlüyümüzü müharibə yolu ilə də təmin etməyə tam hazırdır. Beləliklə, bizim əhalimizə, xüsusilə uşaqlara qarşı belə təxribatlara yol verənlər layiqli cavablarını alacaqlar. Bu cavab isə çox sərt olacaq. Mənə elə gəlir ki, bu təxribatın qarşısını ancaq güc yolu ilə almaq mümkün olacaq. Çünki ermənilər başqa cür anlamırlar”, - deyə ehtiyatda olan polkovnik bildirib.

Tarix
2017.01.14 / 18:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla