Yuxarı

Prezident İlham Əliyevin dediyi kimi... - Mansel

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam həmrəyliyi ili” elan etməsi bizi çox sevindirir. İslam Fransada çox vacib məsələlərdən biridir. Ölkəmizdə İslam dininə mənsub olan milyonlarla həmvətənlimiz var. Müxtəlif dinlərin birgə sülh şəraitində yanaşı yaşaması baxımından Azərbaycan dünyaya örnək bir ölkədir. Dünyəvi ölkə olan Azərbaycanda hər kəs aid olduğu dinin inanclarını azad şəkildə icra etmək hüququna malikdir.

Bu sözləri Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel Azərtac-a müsahibəsində bildirib.

Fransalı deputat qeyd edib ki, Fransa bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmalıdır. Ancaq etiraf etmək lazımdır ki, Fransada baş vermiş terror aktlarından sonra bu, heç də asan deyil. Çünki bəzi insanlar tələsik nəticələr çıxarır, terrorizmlə İslamı əlaqələndirir, səhvə yol verirlər. Halbuki, terrorizmin İslamla heç bir əlaqəsi yoxdur. Eləcə də bir çox həmvətənlimiz çox emosional və tələsik nəticə çıxararaq buna inanır. Biz Azərbaycanın təcrübəsindən çıxış edərək onlara yenidən öyrətməliyik ki, İslam dini sülh və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmrəylik dinidir. Azərbaycandakı kimi İslam digər dinlərlə birgə bərabər yaşayır və yaşamalıdır.

J.F.Mansel ölkəmizdə dinindən, irqindən asılı olmayaraq insanlar arasında hökm sürən qarşılıqlı hörmətin şahidi olduğunu xatırladıb. Əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə digər dinlərin nümayəndələri eyni hüquqa malikdirlər və birlikdə mehriban, tam dünyəvilik şəraitində yaşayırlar. Məhz buna görə Azərbaycanın dünyəvilik modeli digər ölkələrə ən yaxşı örnəkdir və onun təcrübəsini digər ölkələrdə də tətbiq etmək lazımdır. Mənim ölkəm də bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmalıdır.

İki ölkə arasındakı münasibətlərə toxunan Jan–Fransua Mansel may ayında Fransada prezident, sonra isə parlament seçkilərinin keçiriləcəyini qeyd edib. Azərbaycanın Dostları Assosiasiyası 2017-ci ilin iyul ayından hakimiyyətə gələcək bütün dostları ilə ölkələrimiz arasındakı mövcud münasibətləri daha da möhkəmləndirməyə və inkişaf etdirməyə çalışacaq. Qarşıdan gələn prezident və parlament seçkiləri müddətində Assosiasiya öz dostlarını Azərbaycanın xeyrinə səfərbər etməyə çalışacaq. Azərbaycanla maraqlanan insanlarla münasibətlər daha da genişləndiriləcək.

Yanvar ayının sonunda Fransa Milli Assambleyasında merlərin, deputatların, senatorların və digər yüksək vəzifəli şəxslərin iştirakı ilə “Dövlət xidmətinə asan yol” adlı kollokvium təşkil ediləcəyini bildirən Jan-Fransua Mansel bununla Azərbaycanda Prezident İlham Əliyevin fərmanı ilə vətəndaşlarla administrasiya arasındakı münasibətləri sadələşdirməyə, onların bir-birinə yaxınlaşmasına necə nail olunduğunu təqdim etmək istədiyini diqqətə çatdırıb. Bildirib ki, kollokviumun əsas iştirakçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov olacaq.

Jan-Fransua Mansel müsahibəsində ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Qeyd edib ki, Fransadakı Azərbaycanın dostları Azərbaycan xalqı ilə həmişə həmrəydir. O deyib: “Biz daim Azərbaycan xalqı ilə birgə, həmrəy oldugumuzu bildiririk. Münaqişənin qurbanlarının ailələrinə səbir diləyir və onlarla həmrəy olduğumuzu bəyan edirik”.

O, Fransada Azərbaycanın dostlarının ölkəmizin torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması ilə bağlı həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib. Diqqətə çatdırıb ki, bu münaqişənin ən qanlı səhifəsi olan Xocalı hadisəsini, eləcə də yüz minlərlə insanın doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün şəraitində yaşadığını fransızlara çatdırmaq üçün il ərzində həyata keçiriləcək tədbirlər planlaşdırılıb.

Bildirilib ki, Fransadakı seçkilərdən sonra Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonla bağlı məsələ yenidən gündəmə gətiriləcək. Çünki Dağlıq Qarabağ münaqişəsi dondurulmuş vəziyyətdə davam edə bilməz. Öz doğma yurdlarından, evlərindən didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma torpaqlarına qayıtmalıdırlar.

Tarix
2017.01.15 / 13:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla