Yuxarı

Avetyan İrəvana gedir: “Azərbaycandan xahiş edirəm...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur erməni yazar Vahe Avetyan yazda İrəvana səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı yazar öz Feysbuk səhifəsində paylaşıb. Avetyan CBC telekanalına müsahibəsindən sonra çoxsaylı hücumlara məruz qaldığını və öz ölkəsində demokratiyanın olmaması ilə bağlı yazısının Azərbaycandakı bütün Qərb ölkələrinin səfirliklərinə çatdırılmasını xahiş edib:

“Mən 25 ildir ki, öz ədəbi və siyasi fəaliyyətim ucbatından hücumlara məruz qalıram. Lakin Azərbaycanın CBC televiziyasına müsahibədə Azərbaycan xalqına başsağlığı verməyimdən sonra olan hücumlar sayına və təşkilatçılığına görə heç nə ilə müqayisə edilə bilməz. Məndə özümə əziz olan hər kəsi, mərhum valideynlərimi, ailəmi, yaxınlarımı təhqir edən və hətta 4 yaşlı qızımı zorlayıb, öldürəcəklərini deyən minlərlə məktub və insan adı var. Lakin hər şeyin ictimai şəkildə, internetdə olmasına baxmayaraq, heç bir ictimai xadim, hüquq müdafiəçisi, jurnalist azğın itləri ağıllandırmağa çalışmır. Ona görə də sizə müraciət edirəm. Mənim ölkəmdə azad mətbuat yoxdur.

Bu haqda qrantları ilə cinayətkarları bəsləyən demokratik ölkələrin səfirlikləri də susurlar. Bu susqunluq sürgündə olan bütün erməni yazıçıları üçün on ildən də çox davam edəcək. Olanlara reaksiya verməyə məsul olan adamların polis də daxil olmaqla səssizliyi mənə hücum edən cahil qrupda cəzasızlıq hissi yaradır. Elitadan heç kim mənimlə debata çıxmır.

Son iki həftə ərzində o qədər sırtıqlaşıblar ki, artıq rəsmi media da məni öldürmək çağırışları edir. “Aravot”, “Xayoç Aşxar” qəzeti, “1in.am” saytı, “Van” radiosu və digərləri birbaşa məqalələrlə ölümə çağırış edirlər. Mən bu məqaləni dərc etməyinizi, Bakıdakı bütün demokratik ölkələrin səfirliklərinə çatdırılmasını, onların İrəvandakı həmkarlarının fəaliyyətlərindən şübhələrinizi bildirməyinizi xahiş edirəm.

Yazda mən İrəvana səfər etməyi planlaşdırıram. Əgər erməni polisi, özü özünü təyin edən xunta, demokratik səfirliklərdən insan haqları ilə bağlı qrant alan hüquq müdafiəçiləri bu təşkilatlanmış hücumun qarşısını almasalar, o zaman mən mənə fiziki hücum edəcək bir neçə nəfərin o biri dünyaya düşməyəcəyinə zəmanət vermirəm. Mən qabaqcadan xəbərdar edirəm ki, öz üzərimdən bütün məsuliyyəti atıram”.

Qeyd edək ki, Vahe Avetyan bir müddət öncə Bakıya səfər edib. O, səfəri zamanı Bakı Sülh Platformasını dəstəklədiyini və Qarabağın Azərbaycana geri qaytarılması gərəkdiyini bildirib, Xocalı soyqırımı abidəsini ziyarət edib. Bundan sonra ona qarşı kəskin hücumlar başlayıb.

Tarix
2017.01.16 / 13:32
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla