Yuxarı

Ermənilər bu sindromdan qurtulmaq istəyir - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar Ermənistan silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, reaktiv və digər silahlardan istifadə etməklə atəşkəs rejimini müntəzəm surətdə pozmasının arxasında bir sıra səbəblər dayanır. Bunlardan biri ötən il aprel hadisələri zamanı Ermənistan silahlı bölmələrinin cəbhə xəttində törətdikləri təxribatların qarşısının Azərbaycan Ordusunun layiqli cavab zərbəsi ilə qətiyyətlə alınması nəticəsində düşmənin darmadağın olunmasının Ermənistan ictimaiyyətində yaratdığı ruh düşkünlüyünün hər vasitə ilə aradan qaldırılması cəhdləridir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu məğlubiyyət sindromundan qurtulmaq, ölkə daxilində siyasi və iqtisadi böhrandan diqqəti yayındırmaq üçün artıq neçə aydır ki, uğursuz cəhdlər göstərir.

Bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Ermənistan silahlı bölmələrinin törətdiyi növbəti təxribatla bağlı Azərtaca-a açıqlamasında bildirib.

C.Xəlilov deyib ki, digər səbəb aprel məğlubiyyətinin ölkə daxilində yaratdığı ruh düşkünlüyündən istifadə etməyə çalışan Ermənistan müxalifətinin fəallaşmasıdır. Xalq arasında nüfuzunu tamamilə itirmiş hərbi-siyasi rejim müxalifətin yaranmış vəziyyətdən istifadə etməsinə imkan verməmək üçün cəbhə xəttində uğursuz revanş cəhdlərinə çıxış yolu kimi baxır. Münaqişənin həllinin yubadılması, yaxud münaqişəyə özünə müttəfiq hesab etdiyi hansısa tərəfi, ya tərəfləri cəlb etmə səyləri də səbəblərdən biridir. Bu halda, Rusiya Federasiyası ilə əldə olunmuş sonuncu razılaşmaya və MDB-yə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrə ümid bəslənir. Ümumən, hər iki ölkəyə yaxın regionda baş verən münaqişələrlə və ABŞ-da yeni administrasiyanın hakimiyyətə gəlməsi ilə əlaqədar yaranmış vəziyyətdən Ermənistan tərəfinin maksimum istifadə etməyə çalışması növbəti səbəbdir. Belə vəziyyətlərdən həmişə maksimum yararlanmağa cəhd göstərən ermənilər özlərinin cəbhə xəttində törətdikləri təxribatların məsuliyyətini qarşı tərəfin, yəni Azərbaycanın üzərinə qoymağa və dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun və bu qrupu təmsil edən həmsədr dövlətlərin fəaliyyətsizliyi nəticəsində münaqişənin həllinin yubadılmasının Ermənistan tərəfinə yaratdığı imkanlar da səbəblərdən biridir. Bu imkanları əldə saxlamaq üçün Ermənistan cəbhə xəttində gərginliyin daim qalmasında maraqlıdır.

“Ancaq buna baxmayaraq, Azərbaycan Ordusu nəinki bütün təxribatların qarşısını layiqincə almağa və düşmənə sarsıdıcı zərbələr vurmağa, bu gün işğal altındakı torpaqlarımızı Ermənistan hərbi birləşmələrindən tamamilə təmizləməyə həmişə hazırdır. Ötən ilin aprel döyüşləri bunu bir daha sübuta yetirdi. Əgər münaqişənin sülh yolu ilə həlli mümkün olmayacaqsa, Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq, Ali Baş Komandanın əmri ilə düşmən üzərində tam qələbə çalmağa qadirdir. Biz veteranlar da Ordumuzun tərkibində ərazi bütövlüyümüzün bərpası naminə döyüşlərə qatılmağa daim hazırıq”, - deyə ehtiyatda olan polkovnik bildirib.

Tarix
2017.01.17 / 19:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla