Yuxarı

Nobel sülh ödülçüsünün 20 Yanvar qırğını

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyanın populyar www.tnnpoliticas.com xəbər portalında yayılan məlumatda keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun cari ilin fevralında Kolumbiyanın paytaxtı Boqotada keçiriləcək Beynəlxalq Nobel Sülh Mükafatı laureatlarının 16-cı sammitində iştirak etmək üçün bu ölkəyə səfər edəcəyi bildirilib. Məqalədə, eyni zamanda, onun Azərbaycan Respublikasına tanklarla ordu yollayaraq qırğın törətdiyinə işarə vurulub.

Azərbaycanın Kolumbiyadakı səfirliyindən Axar.az-a verilən xəbərdə bildirilir ki, xəbər portalı bu məlumatın ardınca Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Ramil Fərzəliyevin 20 Yanvar faciəsindən, onun tarixi-siyasi səbəblərindən bəhs edən məqaləsini dərc edib.

Məqalədə 26 il əvvəl Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi, bu gün isə transmilli və regional layihələri həyata keçirərək böyük iqtisadi potensiala malik ölkəyə çevrildiyi qeyd olunur. Bu gün regionun ən inkişaf etmiş və dinamik ölkəsi olan Azərbaycanın indiki inkişaf səviyyəsinə çatmasının asan olmadığı, bir çox çətinliklərdən, əziyyətlərdən keçdiyi bildirilir.

Məqalədə 1970-ci illərdən başlayaraq Azərbaycanın iqtisadi, sənaye və elmi yüksəlişə qədəm qoyub SSRİ-nin ən mühüm respublikalarından birinə çevrildiyindən, lakin 1988-ci ildən başlayaraq o vaxtkı SSRİ rəhbəri M.Qorbaçovun Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəkləməsindən, bu çirkin oyuna etiraz edən Heydər Əliyevin siyasi təqiblərə məruz qalmasından bəhs olunur. 1990-cı ilin yanvarında Bakıda azadlıq və müstəqillik tələbi ilə küçələrə çıxaraq dinc nümayiş keçirən mülki əhali üzərinə keçmiş Sovet İttifaqının rəhbəri M.Qorbaçovun əmri ilə ordu yeridildiyi, dinc əhaliyə divan tutulduğu, qadın, yaşlı və uşaq demədən insanların amansızlıqla qətl edildiyi, bununla sovet rəhbərliyinin xalqı qorxudaraq azadlıq və müstəqillik uğrunda mübarizədən çəkindirmək məqsədini güddüyü məqalədə qeyd olunur. Lakin tam əksinə, bu hadisələrin Sovet İttifaqının süqutunu sürətləndirdiyi, azadlıq və müstəqillik hərəkatının bundan sonra daha geniş vüsət aldığı, 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyini bərpa etdiyi bildirilir.

Tarix
2017.01.20 / 12:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla