Yuxarı

Şvarts: "Bakı erməni separatizminə..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nijni Novqorodda 1990-cı il yanvarın 20-də Azərbaycanın paytaxtında baş vermiş faciəli hadisələrin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbir Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Nijni Novqorod regional bölməsi (NRB) və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Nijni Novqorod nümayəndəliyi tərəfindən təşkil edilib.

Tədbiri ÜAK NRB-nin icraçı direktoru Roman Ağayev açıb. O qeyd edib ki, sovet hakimiyyəti Mixail Qorbaçovun başçılığı ilə Bakıda öz vətəndaşlarına qarşı amansızlığına görə misli görünməmiş cinayət aktı törədib.

R.Ağayev xatırladıb ki, faciənin ertəsi günü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həqiqətən də cəsarətli addım ataraq sovet rəhbərliyinin bu cinayət aksiyasını kəskin pisləyib. 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edilib, 20 Yanvar Azərbaycanda ümumxalq hüzn günü elan edilib.

Nijni Novqorod Dövlət Texniki Universitetinin professoru Yan Şvarts qeyd edib ki, aralarında müxtəlif xalqların nümayəndələrinin olduğu 20 Yanvar qurbanları Azərbaycanın xalqının ürəyində əbədi yaşayacaq. Dinc sakinlər qanlı cinayətin qurbanları olub. Bu cinayətə görə məsuliyyət birbaşa Mixail Qorbaçovun və respublikanın o vaxtkı rəhbərliyinin üzərinə düşür. Onun fikrincə, Azərbaycan xalqının etirazı ilk növbədə sovet rəhbərliyinin 1980-ci illərin sonunda 250 mindən çox azərbaycanlının Ermənistan SSR-nin ərazisindən xüsusi amansızlıqla qovulmasına göz yumması, sonralar isə Dağlıq Qarabağda erməni sepatizminə havadarlıq etməsi ilə bağlı idi. Bütün bunlar Azərbaycana qarşı müharibənin başlanmasına və onun əzəli ərazilərinin itirilməsinə gətirib çıxardı.

Moskva Dövlət Nəqliyyat Universitetinin Nijni Novqorod filialının direktoru Andrey Xomov Bakıda 20 Yanvar hadisələrini “bizim ümumi ağrı-acımız” adlandırıb.

Tədbirdə, həmçinin ÜAK NRB-nin sədri Azad Səmədov, Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsinin dosenti Oqtay Hüseynov, “Lider TV”nin Rusiya bürosunun rəhbəri Anar Həsənov çıxış ediblər.

Tədbirdə Nijni Novqorod vilayətinin regional siyasət nazirinin müavini Olqa Şumakova, Nijni Novqorod ali məktəblərinin tələbələri, Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sonda ÜAK-ın Nijni Novqorod regional bölməsi ümumxalq hüzn günü ilə əlaqədar müraciət qəbul edib.

Tarix
2017.01.21 / 01:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla