Yuxarı

Rusiya Azərbaycana “İsgəndər” satır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycana “İsgəndər” raket kompleksini sata bilər.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Hrant Məlik-Şahnazaryan deyib.

“Bu məsələdə Rusiya da maraqlıdır. Bu baxımdan, “İsgəndər” raket kompleksinin Azərbaycana verilməsi istisna deyil”, - Məlik-Şahnazaryan bildirib.

Erməni politoloq Rusiyanın müttəfiqi olan Ermənistanın maraqlarına qarşı çıxış etdiyini bildirib.

Qeyd edək ki, ötən ilin 21 sentyabr tarixində Ermənistan hərbi paradda “İsgəndər” raketlərini nümayiş etdirdi. Lakin sonradan məlum oldu ki, bu raketlər Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına məxsusdur və Ermənistan ordusuna verilməyib. 102-ci bazada xidmət keçən rus əsgərləri Aleksandr Kruqlov və Oleq Vladimiroviç tərəfindən həmin vaxt sosial şəbəkələrdə paylaşılan fotolarda bu, öz əksini tapırdı.

Bununla yanaşı, İrəvan nümayiş etdirdiyi raket kompleksinin 500 kilometr hədəfi 100 faiz dəqiqlikdə vura bilən “İsgəndər-M” raketi olduğunu iddia edirdi. Amma silah satışı ilə bağlı beynəlxalq qanunvericilikdə 300 kilometr məsafəni vura bilən raketlərin satışı zamanı mütləq BMT-yə məlumat verilməlidir. Rusiyanın bunu etməməsi bir daha təsdiqləyirdi ki, Ermənistanda nümayiş olunan raketlər “İsgəndər-M” yox, “İsgəndər-E” raketləridir və bu raketlər Ermənistan ordusuna yox, Rusiya hərbi bazasına məxsusdur.

Rusiyanın öz raketlərini Ermənistanın hərbi paradında nümayiş etdirməsinin siyasi hədəfləri var idi.

Xatırladaq ki, hərbi paradda “İsgəndər” raketlərini nümayiş etdirən Ermənistan hakimiyyəti “Azərbaycanla hərbi balans yaradıldı, ordumuz daha güclüdür” kimi nağıllarla erməni ictimaiyyətini aldatmağa çalışırdı. Xüsusilə aprel məğlubiyyətindən sonra onların buna ehtiyacı var idi. Lakin Azərbaycan Rusiyadan “İsgəndər” raketlərini alarsa, Sarkisyan rejiminin yalan üzərində qurduğu nağılın da ömrü çox olmayacaq.

Tarix
2017.01.24 / 12:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla