Yuxarı

“Prezidentin bu fərmanı sosial ədalətin təminatıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı sosial ədalətin tam təminatıdır.

Bunu Trend-ə açıqlamasında ekspert Bəhruz Quliyev bildirib.

Onun sözlərinə görə, son dövrlər həm mətbuatda, həm də sosial şəbəkələrdə məcburi köçkünlərə dövlət tərəfindən verilən maddi yardımlarla bağlı müzakirələr gedirdi:

"Bəzi hallarda yardımların kəsilməsi, yaxud da onların müxtəlif formada əvəzlənməsi ilə bağlı fikirlər yürüdülürdü. Bu isə antimilli fəaliyyətlə məşğul olan şəxslərin manipulyasiyalarına səbəb olur, ölkəmiz əleyhinə xoşagəlməz fikirlərin yaranmasına gətirib çıxarırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı bu fərman manipulyativ fikirlərə son qoyaraq, sosial ədalətin təminatı kimi qiymətləndirilə bilər. Belə ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi istiqamətində verilən fərman ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi ilə yanaşı, ünvana çatdırılma mexanizminin sadələşdirilməsinə də xidmət edir. Yəni əvvəlkindən fərqli olaraq, həm yemək, həm də kommunal xərclər üçün vəsaitlərin hər kəsin kartına yüklənməsi bəzi qurumların və insan faktorunun müdaxiləsinin qarşısını alır".

B.Quliyev əlavə edib ki, Prezidentin fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinət olaraq müəyyən edilən 36 manat vəsait hər kəsin şəxsi istifadəsinə veriləcək: "Bu isə sosial ədalətin tam təminatıdır".

Tarix
2017.01.24 / 14:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla