Yuxarı

Millət vəkili AŞPA-da çağırış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Çingiz Qurbanov, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı çağırış edib.

Axar.az xəbər verir ki, azad müzakirələr zamanı çıxış edən Q.Paşayeva öncə şəhid Çingiz Qurbanovla bağlı danışaraq AŞPA-nı onun cəsədinin Azərbaycana qaytarılması istiqamətində səylərini artırmağa çağırıb:

"Baş katib cənab Yaqlanda təşəkkür edirəm. Çünki Avropa Şurasının Baş katibi Yaqland dekabrın sonunda Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma zamanı şəhid olmuş azərbaycanlı əsgər Çingiz Qurbanovun cəsədinin qaytarılmaması ilə bağlı narahatlıq ifadə edib və cəsədin təxirə salınmadan geri qaytarılmasına çağırış edib. Bununla bağlı Azərbaycan dövləti və Qızıl Xaç Cəmiyyətinin də çalışmaları var, amma təəssüf ki, bu günə qədər müsbət bir irəliləyiş yoxdur. Biz buradan cənab Yaqlandın çağırışına müsbət cavab verilməsinə və cəsədin geri qaytarılmasına çağırırıq".

Millət vəkili Q.Paşayeva çıxışında Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də girovluqdan azad edilməməsi məsələsinə xüsusi diqqət ayırıb və AŞPA-nı onların azad olunması istiqamətində səylərini artırmağa çağırıb:

"Biz cənab Yaqlanda və cənab Aqramunda azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində verdikləri açıqlamalara və çalışmalarına görə də təşəkkür edirik. Təəssüf ki, onların azadlığa buraxılması istiqamətində də hələ ki, heç bir müsbət irəliləyiş yoxdur və Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi onların azadlığa buraxılması istiqamətində Assambleyamızdan səyləri daha da artırmalarını gözləyir. Ermənistan millət vəkili Farmanyanın Azərbaycan nümayəndə heyəti əleyhinə yanlış fikirlərini kəskin qınayırıq və Assambleyamıza bu cür doğru olmayan fikirlərin söylənməsinin çox yanlış olduğunu xüsusi vurğulamaq istəyirik”.

Millət vəkili Q.Paşayeva getdikcə artan terror hadisələrindən də danışıb və terrora qarşı birgə mübarizənin önəmini və ikili standartlardan əl çəkilməsinin vacibliyini qeyd edib:

“Dünyamız və Avropa çox ağır günlərdən keçir. Bunun səbəbi təkcə dünyada artan iqtisadi böhranlar deyil. Avropa Şurasının sərhədləri yaxınlığında artan gərginliklər, müharibə və münaqişə ocaqları, artan terror bizi çox ciddi narahat etməlidir. Yaşadığımız Avropa Şurası məkanında terror hadisələrinin artması hər birimizi ciddi narahat etməlidir. Artıq heç bir Avropa ölkəsi vətəndaşları özlərini terrordan təhlükəsiz hiss edə bilmirlər. Bu mövzuları daha çox müzakirə edərək, səbəblərə qarşı birgə mübarizə aparmalıyıq. Bu artan gərginliklər fonunda təcili addımlar atmasaq, çox yaxın gələcəkdə bizi gözləyən daha dəhşətli böhranların fərqində olmalıyıq. Terrora qarşı mübarizəmizi birlikdə daha da gücləndirməliyik. Terrora qarşı mübarizədə ikili standartlara yol verilməməlidir, buna son qoyulmalıdır”.

Mədəniyyətlərarası dialoqun artmasının vacibliyindən danışan millət vəkili Q.Paşayeva Azərbaycanın bu istiqamətdə ən yaxşı örnək ölkələrdən biri olduğunu vurğulayıb və bu məsələyə xüsusi diqqət ayırmağa çağırıb:

“Mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoqun, multukulturalizmin genişlənməsi mövzusu Assambleyamızın daha çox və məncə, daim gündəmində olmalıdır. Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verməli, bu istiqamətdə uğurlar qazanan ölkələrin modellərinin bütün Avropa və dünyada daha geniş yayılmasına çalışmalıyıq. Məlumat vermək istəyirəm ki, hər zaman bu məsələyə böyük önəm vermiş ölkəm Azərbaycanda ötən il Multukulturalizm İli elan edilmiş və bir sıra ölkədaxili tədbirlərlə yanaşı il ərzində beynəlxalq aləmin diqqətini bu mövzuya daha çox çəkmək üçün beynəlxalq səviyyəli konfrans, forum və tədbirlər keçirilmişdir. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə olmaqla yanaşı, həm də təhsil, kütləvi informasiya vasitələri və digər yollarla tolerantlığın daha da artması istiqamətində ciddi işlər görülür. Azərbaycan Prezidentinin fərmanı ilə ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm mərkəzi təsis edilib. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. O səbədən də Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq, mənfi meyillərin qarşısının alınması istiqamətində ümumi səylərimizi gücləndirməliyik. Bütün üzv ölkələrdə multukulturalizmin önəmi ilə bağlı daha çox işlərin görülməsinə və Assambleyamızda tez-tez bu istiqamətdə müzakirələrə böyük ehtiyac var”.

Tarix
2017.01.24 / 16:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla