Yuxarı

Müdafiə Nazirindən daha bir dəyişiklik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni müdafiə naziri Zakir Həsənovun kadr islahatları davam edir.

Məlumata görə, bu dəfə nazirliyin mətbu orqanı olan "Azərbaycan ordusu" qəzetinin baş redaktoru, polkovnik-leytenant İbrahim Rüstəmov vəzifəsindən kənarlaşdırılıb. Baş redaktorun işdən azad edilməsi ilə bağlı əmr hələlik imzalanmasa da, o, müalicə üçün hospitala göndərilib.

İbrahim Rüstəmov bu barədə AzNews.az-a açıqlamasında "Azərbaycan ordusu" qəzetində fəaliyyətinin davam etdirdiyini bildirib. Hazırda hospitalda olduğunu deyən baş redaktorun sözlərinə görə, işdən azad olunacağı ilə bağlı ona heç bir məlumat verilməyib.

Məsələ ilə bağlı Müdafiə Nazirlyinidən əldə etdiyimiz məlumata görə isə, İ.Rüstəmovun hospitalda müalicə kursu yaxın günlərdə başa çatacaq.

Məlumata görə bundan sonra İ.Rüstəmovun öz xahişi ilə işdən azad edilmək barədə ərizəsi alınacaq.

Artıq "Azərbaycan ordusu" qəzetinin baş redaktoru vəzifəsinə kimin təyin ediləcəyi də bəllidir.

Qeyd edək ki, İ.Rüstəmov baş redaktor vəzifəsinə 3 ay əvvəl təsdiqlənmişdi. (aznews.az)

Tarix
2013.11.11 / 09:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla