Yuxarı

Üzeyir Cəfərov Müdafiə nazirinin “uğursuz təyinatlar”ından yazacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zakir Həsənovun Müdafiə naziri təyin olunmasından sonra ordu sıralarında bir çox dəyişiklilər baş verdi. Yeni nazirin kadr islahatları bəzi yüksək çinli zabitlərin vəzifədən getməsinə səbəb oldu.

Mətbuatda yeni nazirin "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru İbrahim Rüstəmovu vəzifədən uzaqlaşdırdığı haqda xəbərlər yayıldı. Bu arada "Axar.az"ın nazirlik daxilində özəl mənbədən əldə etdiyi məlumata görə, Zakir Həsənov "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru İbrahim Rüstəmovu vəzifədən uzaqlaşdırıb, onun yerinə vaxtilə nazirliyin mətbu orqanının ilk baş redaktoru olmuş hərbi ekspert Üzeyir Cəfərovu gətirməyi düşünür.

Azərbaycan mətbuatı ilə MN arasında olan buzu əritmək istəyirəm

Üzeyir Cəfərov "Axar.az"a haqqında yayılan məlumata münasibət bildirərkən köhnə vəzifəsinin icrasına qayıtmaq fikrində olmadığını dedi:

"O qəzetin ilk baş redaktoru mən olmuşam. Hazırki baş redaktor mənim rəhbərliyim altında mülki şəxs kimi o qəzetdə işləyirdi. O zaman qəzet "Xalq Ordusu" adı ilə çıxırdı, sonra adını dəyişdirib "Azərbaycan Ordusu" qoydular. Mənim rəhbərlik etdiyim vaxtlarda o qəzet bütün köşklərdən həvəslə alınıb, mütaliə olunurdu. Amma təəssüflər olsun ki, son illərdə onun kəmiyyət sayı artsa da, keyfiyyəti aşağı düşüb.

O ki qaldı İbrahim Rüstəmovun vəzifədən azad olunmasına, bildiyim qədər o, Müdafiə Nazirliyinin Hərbi Hhospitalında müalicə alır və ordu sıralarından tərxis olunmayıb. İndi də baş redaktor kimi qeydiyyatdadır. Mənim ora qayıtmaq məsələmi də dedim - artıq o mərhələni adlamışam. Orduda bir çox məsul vəzifələri icra etmişəm. Son vaxtlar bəzi məsələlərə görə bir peşəkar olaraq 1994-cu ilə polkovnik-leytenant rütbəsinə yüksəlmişəm. Sadəcə olaraq, mən ordu sıralarından tərxis olunmağımı istədim. Bu da mənə olan təzyiqlərlə əlaqədardı. Bu haqda danışmaq istəmirəm. Sözümü demişəm, mənim dekabrın 9-da 50 yaşım tamam olur, həm yaşıma, həm də sağlamlığıma görə özümü orduda xidməti davam etdirməyə hazır bir şəxs hesab edirəm. Böyük məmnuniyyətlə ordu sıralarına qayıdıb bilik və bacarığımı Azərbaycan Ordusuna həsr etməyə hazıram. Sonuncu dəfə də dedim ki, mən Azərbaycan ictimaiyyəti, Azərbaycan mətbuatı ilə Azərbaycan Müdafiə Nazirliyi arasında olan soyuq buzu əritmək istəyirəm və buna kömək etməyə hazıram".

Yeni nazirin uğursuz təyinatları da var

"İndi mən noyabrın 22-ni gözləyirəm. Həmin gün yeni nazirin vəzifəsini icra etməsinin 1 ayı tamam olur. Həmin gün təyinatlarla bağlı müəyyən fikirlərimi səsləndirəcəm. Onların arasında uğurlu təyinatlar da var, uğursuzluları da. Məsələn, elə kadrlar var ki, indiyə qədər mətbuatda dəfələrlə adları hallanıb, amma bu gün onlar yenə vəzifədədirlər. Niyə onlar hələ də ordu sıralarında fəaliyyətlərini davam etdirirlər? Bu haqda fikirlərimi bildirəcəm".

Müalicədən sonra vəzifəmə qayıdacam

"Azərbaycan Ordusu" qəzetinin baş redaktoru İbrahim Rüstəmov da "Axar.az"a yeni nazirin hədəfinə tuş gəlməsi haqda yayılan xəbərlərə münasibət bildirdi:

"Mən hazırda hərbi hospitalda müalicə alıram və müalicəm başa çatdıqdan sonra vəzifəmin icrasına başlayacam. Vəzifədən uzaqlaşdırldığım haqda məlumatlar tam əsassızdır və bu xəbərlərin hardan qaynaqlandığını anlamıram".

Tarix
2013.11.11 / 13:15
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla