Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Razi Nurullayev: "Bu, Rusiyanın Azərbaycana təzyiqidir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində Ermənistan parlamenti gözlənilməz qərar qəbul edib. Ölkə parlamenti noyabrın 12-də "Ermənistan Respublikasının Dağlıq Qarabağ Respublikasını tanıması" haqqında qanun layihəsini müzakirə edəcək. Bu təşəbbüs "Miras" fraksiyasının başçısı Zarui Postadjan tərəfindən edilib. Postadjan jurnalistlərə açıqlamasında qanun layihəsinin tezliklə müzakirə edilməsinin tərəfdarı olduğunu bildirib.

Məsələ ilə bağlı politoloqlar "Axar.az"a danışdı.

Azərbaycan ciddi addımlar atmağa məcbur olacaq

"Şərq-Qərb Araşdırmalar Mərkəzi"nin rəhbəri politoloq Ərəstun Oruclunun fikrincə, bu məsələnin müzakirəyə çıxarılması Azərbaycana qarşı növbəti uzunmüddətli təzyiqin tərkib hissəsidir:

"Bu məsələ bir neçə dəfə müzakirəyə çıxarılsa da, hələ indiyə qədər tanınma qərarı olmayıb. İstisna eləmirəm ki, Ermənistan parlamenti ya tanınma kimi, ya da tanınmaya yaxın qərar qəbul edə və bu məsələ Azərbaycanı çox ciddi addımlar atmağa məcbur edə bilər. İstənilən halda Ermənistan parlamenti bu qərarı qəbul etdiyi halda çox ciddi beynəlxalq təzyiqə tuş gələcək. Hesab edirəm ki, bu qərarın qəbul olub-olunmaması Ermənistandan asılı deyil. Yəni birbaşa xarici faktorlardan asılıdır. Xarici faktor da Rusiyanın təzyiqi ola bilər. Güman ki, bu, uzunmüddətli müzakirə olacaq. Yəni diskussiya predmetinə çevriləcək, təzyiq faktoru öz aktuallığını itirməsin".

Bu, Ermənistana yaxşı heç nə vəd etmir

AXCP sədrinin müavini, "Region" Beynəlxalq Analitik Mərkəzin (RBAM) rəhbəri politoloq Razi Nurullayev qanun layihəsinin Ermənistan parlamentində müzakirəyə çıxarılmasını Rusiyanın Azərbaycana növbəti təzyiqi kimi qiymətləndirir:

"Ermənistan parlamentinin qondarma Dağlıq Qarabağın tanınma məsələsini müzakirə etməsinin özü Azərbaycan, elə Ermənistanın özü üçün də yaxşı heç nə vəd etmir. Burada bir neçə səbəb görürəm. Birinci səbəb ondan ibarətdir ki, Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa görüşün keçirilməsi nəzərdə tutulur. Həmsədr ölkələrin və həmsədr qrupunun rəhbərləri bununla bağlı razılıq əldə ediblər. Və belə bir mərhələdə hesab edilir ki, İlham Əliyevin görüşə razılıq verməsinin əsas səbəbi həmsədr ölkələrin onu Ermənistan tərəfinin güzəştə gedəcəyinə inandırmasıdır. Amma indi əksini müşahidə etdik. Bu məsələ danışıqlar vaxtı bizə psixoloji təzyiq göstərməkçün atılan addımdır. Digər tərəfdən, mən bunu Rusiyanın təzyiqinin tərkib hissəsi sayıram. Rusiya bu yolla Azərbaycana Avrasiya və Gömrük İttifaqına daxil olmaq üçün təzyiq edir".

Tarix
2013.11.11 / 18:14
Müəllif
İlqar Vəliyev
Şərhlər
loading...
Digər xəbərlər

Putinin arzuladığı dialoqlar rədd edilir – Şərh

S-400 müəmması: Türkiyə geri addım ata bilərmi?

Ərdoğan Qarabağ Zirvəsi keçirə, birgə ordu qura bilər – Şərh

Qaça bilməyən erməni gənclər Qarabağa sürgün edilir

ABŞ Türkiyəyə qarşı inanılmaz addıma hazırlaşır

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yeni xəbər

Bu ərazilər Ermənistandan alındı - İrəvan şokda

Qarabağ təkcə Azərbaycanın deyil... - Gürcü alim

Putin Tehranda Əliyevdən nə xahiş edib - Sensasion iddia

Növbəti ildə hansı nazirliklər birləşdiriləcək?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla