Yuxarı

İki böyük dövlətin generalı niyə Bakıda görüşür?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Azərbaycandakı səfiri Robert Sekutaya “cənab səfir, bu gün Cocuq Mərcanlıya niyə getmədiniz” sualını ünvanlasan, cavabında deyə bilər ki, ABŞ-ın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun sabah Bakıda baş tutacaq görüşünün təşkilatı məsələləri ilə məşğul idim.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ və Rusiya Baş Qərargah rəislərinin Bakıda sabah keçirilməsi gözlənilən görüşlərini şərh edərkən yazıb. Politoloq qeyd edib ki, bu məntiqlə Rusiya səfiri də Cocuq Mərcanlıya səfər etməməli idi:

“Eyni məntiqlə Rusiyanın Azərbaycandakı səfiri də amerikalı həmkarı kimi generalların görüşünün təşkili ilə məşğul olmalı idi. Ancaq Rusiya səfiri amerikalı həmkarından fərqli olaraq. Cocuq Mərcanlıya getdi. Doğrudur, bu səfərlə Rusiyanın Dağlıq Qarabağ münaqişənin həllinə baxışı dəyişən deyil. Hər halda Rusiya səfiri öz borcunu yerinə yetirdi”.

E.Şahinoğlu Danford və Gerasimovun Bakı görüşünü 1943-cü ildə ABŞ, İngiltərə və SSRİ rəhbərlərinin Tehran görüşü ilə müqayisə edib:

“Amerika və Rusiya Baş Qərargah rəisləri niyə məhz Bakıda görüşməyə qərar veriblər? Bu lap İkinci Dünya müharibəsi illərində ABŞ, SSRİ və Böyük Britaniya liderlərinin Tehrandakı zirvə toplantısına bənzəyir. Əlbəttə, iki böyük dövlətin Baş Qərargah rəislərinin görüş üçün məhz Bakını seçmələri bizim üçün önəmlidir, Moskva ilə Vaşinqtonun Bakıya verdikləri dəyəri göstərir. Ancaq, məncə, Bakının seçilməsində əlamətdar hadisə ondan ibarətdir ki, generallar Suriyadakı savaşın gedişatını ən yaxın məntəqədə müzakirə etmək istəyiblər. Bu rola İran və İraq yaramır, qalır bircə Azərbaycan. Ankara da görüş yeri kimi seçilə bilərdi, ancaq bu halda amerikalı general Türkiyə-Rusiya ittifaqı ilə üz-üzə qalacaqdı. Azərbaycan isə Suriya mövzusunda neytral ölkədir”.

Tarix
2017.02.15 / 21:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla