Yuxarı

Azərbaycan bütün Yaxın Şərqə nəzarət edəcək – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəsarətlə demək olar ki, bu görüş Azərbaycanı dünya arenasında yeni bir mərhələyə qaldıracaq.

Bunu Axar.az-a ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakı görüşünü şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, görüş üçün məhz Bakının seçilməsi Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı dinamik rolla, geostrateji əhəmiyyəti ilə bağlıdır:

“Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, buradan bütün qaynar nöqtələrə həm nəzər yetirmək, həm də əlaqə yaratmaq çox əlverişlidir. Rusiya ilə ABŞ bu görüşdə ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq düzənin aktual məsələlərini, hərbi-siyasi problemləri də müzakirə etmək niyyətindədirlər. Hazırda dünyanın ən həssas nöqtələri Suriya, İraq, İran və Əfqanıstandır. ABŞ uzun müddətdir ki, Əfqanıstandakı qoşun kontingentinə lazım olan silah-sursatın 80 faizini Azərbaycan vasitəsilə daşıyır. Amerika indi Əfqanıstan və İraqdakı qoşun kontingentinin sayını iki dəfədən çox artırmaq istəyir. Bu, Vaşinqtonun geostrateji maraqları ilə bağlıdır. Ona görə də belə bir görüş Avropada baş tuta bilməzdi, çünki bura Amerikanın məkanıdır, Yaxın Şərq və Türkiyədə də qeyri-mümkündür. Orta Asiya respublikaları isə arzulanan deyil. Əvvəla, görüş üçün təhlükəsizlik, sabitlik və bu məsələlərdə ölkənin tanınması mühüm idi. Zənnimcə, görüşün Bakıda keçirilməsini Amerika təkid edib. Çünki Amerika Azərbaycanla əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq istəyir və Əfqanıstanın fonunda bu münasibətlər daha da inkişaf edəcək. Beləliklə, Azərbaycanın geostrateji mövqeyi bütün Yaxın Şərqə nəzarət etmək üçün çox əlverişli imkanlar açır”.

Politoloq qeyd edib ki, görüş Amerikanın təşəbbüsü ilə baş tutsa da, Rusiyanın da razılığı olub:

“Bakının məhz təhlükəsizlik nöqteyi-nəzərindən seçilməsi və görüş üçün lazım olan infrastrukturun mövcudluğu gələcəkdə belə xarakterli görüşlərin davamlı olma ehtimalını artırır. Azərbaycanın Qoşulmayanlar Hərəkatının üzvü olması, hər hansı bir dövlətə məqsədli yaxınlığı ilə seçilməməsi Amerikanın diqqətini cəlb edir. Prezidentin Brüsselə səfəri və Avropa Birliyi ilə çox ciddi sazişlər imzalaması bu fonda xüsusi rol oynadı. Amerika üçün əhəmiyyətli olan odur ki, Azərbaycan Avropa ölkələri üçün mühüm enerji mənbəyi, nəqliyyat dəhlizidir. Ölkə başçısının yürütdüyü balanslı siyasət öz bəhrəsini verir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanın bölgədə oynadığı rol artıq ciddi surətdə dəyərləndirilir. Bu, Bakı üçün çox böyük üstünlüklər vəd edir və Qarabağ məsələsinə də müsbət təsir edəcək. Bir sözlə, Azərbaycanın imici, prestiji, dünya siyasətindəki rolu artır. Cəsarətlə demək olar ki, bu görüş Azərbaycanı dünya arenasında yeni bir mərhələyə qaldıracaq”.

Qeyd edək ki, bu gün Bakıda ABŞ-ın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçiriləcək.

Tarix
2017.02.16 / 15:59
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla