Yuxarı

"Bu hadisə İlham Əliyevin nüfuzu ilə bağlıdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiya hərbi rəhbərləri arasındakı bu görüşün Bakıda gerçəkləşməsi siyasi və təhlükəsizlik baxımından bizim üçün ikiqat əhəmiyyətlidir.

Bu sözləri Axar.az-a ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakı görüşünü şərh edən millət vəkili Zahid Oruc deyib. Millət vəkili hesab edir ki, bu görüş ABŞ-Rusiya münasibətləri üçün yeni bir dönəmdir:

“ABŞ-Rusiya münasibətləri son 3 ildə beynəlxalq məkanda çox böyük təhlükəsizlik problemlərinin yaranmasında, eləcə də regional gərginliklərdə əsas yer tutub. 2014-cü ildə Krımla bağlı verilən məlum qərarlardan sonra Donbasdakı vəziyyət Ağ Ev strateqləri tərəfindən Moskvaya qarşı sərt sanksiyalar dilində danışmaq üçün bir vəziyyət formalaşdırdı. Bundan sonra təmaslar sıfıra endi, yalnız Kerri və Lavrov Suriya ilə bağlı məcburən anti-terror münasibətlərini aydınlaşdırmaq üçün görüşürdülər. Hətta Danford və Gerasimov da bunaqədərki dövrdə telefon üzərindən əlaqədə idilər. Regional müstəvidə hərbi imkanların artdığı, hətta Obama dönəminin son aylarında az qala III Dünya müharibəsinin meydana çıxdığı bir çağda yalnız təhdid, informasiya orqanları arasında gedən savaş dili ilə danışmaq dünya üçün yaxşı hal sayıla bilməz. Son aylar ABŞ Rusiya əleyhinə güc və hərbi tədbirləri genişləndirməkdə idi. Rumıniya və Polşaya gətirilən tanklar, həmçinin Baltikyanıda görülən tədbirlər, Qara dəniz hövzəsində artan hərbi gərginlik onu deməyə əsas verir ki, bu gün Bakıda hərbi rəhbərliyin müzakirə edəcəyi geniş bir gündəm var. Şübhəsiz ki, bu görüş ölkə başçılarının birbaşa razılığı ilə baş tutur. ABŞ-ın həyatı üçün yeni bir platforma elan edən Tramp ölkəsi daxilində kəşfiyyat dairələrinin, silah partiyasının, hərbi qüvvələrin böyük müqaviməti ilə üz-üzə qalıb. Təsadüfi deyil ki, yeni prezident özünün ən mühüm strateqini, təhlükəsizlik məsələləri üzrə müşavirini onun əleyhinə olan qüvvələrin mübarizəsi fonunda qurban verməli oldu. Belə olan təqdirdə Rusiya ilə münasibətlər, açıq-gizli əlaqələrin Amerika cəmiyyətində çox böyük etirazla qarşılandığı bir zamanda siyasi rəhbərlik Bakıda görüş üçün belə bir qərar veribsə, bu, ABŞ-Rusiya üçün yeni dönəm deməkdir”.

Millət vəkili bu görüşün məhz Bakıda baş tutmasını qətiyyən təsadüf saymayıb:

“Bunaqədərki illərdə Bakı yalnız bir paytaxt anlamında qəbul edilməyib. İranın nüvə qalmaqalı ilə bağlı məsələlər fonunda Azərbaycan Ağ Evlə Tehran arasında əlaqələrin müəyyən qədər çözülməsi və bu bölgədə müharibənin baş verməməsi üçün yetərincə öz cəhdlərini ortaya qoydu, Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında öz rolunu oyandı. Eləcə də İsrail-Türkiyə haqqında da eyni sözləri demək mümkündür. Bu gün rəsmi Bakının mövqeyi fonunda İran, Rusiya və Azərbaycan arasında koalisiya formalaşmaqdadır. Bir sözlə, Bakının belə geosiyasi tənzimləyici rolu imkan verdi ki, bu təmaslar məhz paytaxtımızda reallaşsın. Azərbaycan keçirdiyi humanitar tədbirlərlə Bakını dialoq meydanına çevirmək istədiyini sübuta yetirdi. Yalnız neft ixracatçısı olmaq uğur gətirə bilməz”.

Z.Oruc qeyd edib ki, geosiyasi arenada formalaşan yeni mərhələnin məhz Bakıdan start götürməsi Azərbaycan üçün çox önəmlidir:

“ABŞ-Rusiya müharibəsi bizim mənafelərimizə uyğun deyil. Keçmişdə bundan çox böyük əziyyət çəkmişik. Açıq demək lazımdır ki, 1990-cı illərdəki vəziyyət həmin qlobal müharibənin nəticəsidir. Ona görə də iki generalın Bakıda müzakirə etdiyi məsələlər və sonradan dövlət rəhbərləri arasında tapılacaq yeni konsensuslar rəsmi Bakının bu cəhdini simvolik mənadan daha böyük çəkiyə sahib edəcək. Bizim buna ehtiyacımız var ki, ABŞ və Rusiya arasındakı bu təmaslar Qarabağ üçün də olsun və ədalətli yollar aransın. Biz onda regional təhlükəsizlik missiyamızı daha uğurla davam edə bilərik. Hesab edirəm ki, bu görüşün Bakıda reallaşması Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti və şəxsi nüfuzuna bağlıdır və Azərbaycanın çəkisini artıran bir hadisədir”.

Qeyd edək ki, Bakıda ABŞ-ın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü dünya gündəmini zəbt edib.

Tarix
2017.02.17 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla