Yuxarı

İrəvan bununla məhv olmağı gözə alır – Müharibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu “referendum” mənasız bir iş olsa da, bölgədə gərginliyi artıra bilər. Ermənistanın belə bir həssas dönəmdə təxribatları davam etdirməsinin yalnız bir anlamı var, o da bilərəkdən müharibənin başlanmasına rəvac verməkdir.

Bunu Axar.az-a işğal olunmuş Azərbaycan torpaqlarında Qarabağ separatçılarının “konstitusiya islahatları” ilə bağlı “referendum” keçirməsini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, bu, reallıqda durumu dəyişməsə də, vəziyyəti gərginləşdirəcək:

“Bir tərəfdən “sülh”də maraqlı olduqlarını deyirlər, digər tərəfdən isə təxribatlarla məşğuldurlar. Mən gözləyirdim ki, ATƏT-in Minsk Qrupu İrəvanın bu addımını danışıqlara mane olacaq bir element kimi görəcək və bu məsələyə dərhal kəskin etirazını bildirəcək. Çox təəssüf ki, beynəlxalq aləm də bu təxribata adekvat reaksiya vermir. Bu halla barışmayacağıq. Azərbaycan artıq taktikasını dəyişib və Dağlıq Qarabağ ətrafındakı işğalçı qüvvələrin bütün postları, canlı və hərbi texnikası hədəfə alınır. Görünür, yenidən vəziyyəti bilərəkdən gərginləşdirməkdə maraqlıdırlar. Bu “referendum” çox mənasız bir iş olsa da, bölgədə gərginliyi artıracaq. Ermənistan bu təxribatı davam etdirməklə, əslində, müharibənin başlanmasına birbaşa rəvac verir”.

Qeyd edək ki, Ermənistan fevralın 20-də işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı separatçı qurumda “konstitusiya islahatları” ilə bağlı əldəqayırma və hüquqa zidd referendum keçirəcək.

Tarix
2017.02.17 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla