Yuxarı

Bakı görüşü İrəvanın təxribatını alt-üst etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mümkündür ki, Rusiya və ABŞ gələcəkdə yenidən Bakı platformasından istifadə etsinlər. Bakının Paris, Brüssel, Cenevrə kimi diplomatik mərkəzlərdən biri olması tamamilə real görünür.

Bu sözləri ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakı görüşü ilə bağlı Axar.az-a danışan millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili Azərbaycanın beynəlxalq birlikdə aktiv xarici siyasət yeritdiyini deyib:

“ABŞ və Rusiya münasibətləri Obama dövründə ötən əsrin 70-ci illərinin soyuq müharibə vəziyyətinə yaxın idi. Donald Tramp münasibətlərin yaxşılaşdırmaqda maraqlı olduğunu göstərdi və ilk dəfə iki ölkənin yüksək səviyyəli rəsmi şəxsləri Bakıda bir araya gəldilər. Azərbaycanın xarici siyasət xəttini təhlükəsizlik, stabillik, qarışılıqlı əməkdaşlıq uğurunda birgə mübarizə təşkil edir. Bakının bu istiqamətdə uğurları durmadan artır. Bu gün Azərbaycan dövlətçiliyinin uğuru göz qarşısındadır. Azərbaycanda siyasi gərginlik, vətəndaş müharibəsi kimi hallar mövcud deyil. Ölkədə təhlükəsizlik şəraiti yüksək səviyyədədir. Görüşün məhz Bakıda reallaşması çox vacib siyasi bir faktorla - Prezident İlham Əliyevin beynəlxalq aləmdə yüksək nüfuzu ilə bağlıdır. Görüş çərçivəsində Azərbaycan-ABŞ, Azərbaycan-Rusiya məsələləri də əsas müzakirə mövzusu oldu. Hesab edirəm ki, Bakı hər iki ölkə ilə münasibətlərin dərinləşməsi üçün yaranmış bu imkandan mümkün qədər səmərəli istifadə etdi”.

Millət vəkili bildirib ki, görüşün keçirildiyi müddətdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında “referendum” keçirmə təxribatı baş tutmadı:

“Bu, o anlama gəlir ki, Azərbaycan dövlətinin siyasi uğurları sonda ermənilərin bütün cəbhələrdə acı məğlubiyyətlə üz-üzə qoyacaq”.

Qeyd edək ki, Bakıda ABŞ-ın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü dünya gündəmini zəbt edib.

Tarix
2017.02.17 / 16:04
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla