Yuxarı

Bakı görüşü: Rusiya və ABŞ-dan iki mühüm razılaşma

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı görüşünün əsas məqsədi məhz elə Yaxın Şərq, əsasən də Suriya və İraq məsələsinə müəyyən aydınlıq gətirməkdən ibarət idi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Bakıda Moskva və Vaşinqton arasında xüsusən də Yaxın Şərqlə bağlı iki mühüm razılıq əldə olunub:

“Bakı görüşünün əsas məqsədi məhz elə Yaxın Şərq, əsasən də Suriya və İraq məsələsinə müəyyən aydınlıq gətirməkdən ibarəti idi. Məhz bu görüşün nəticələrinin nədən ibarət olmasını aydınlaşdırmaq üçün hətta Astanada Suriya ilə bağlı tədbir bir günlüyünə təxirə salındı. Tərəflər arasında iki məsələdə anlaşmanın olduğu dəqiqdir.

Birincisi, Bakı görüşündə Yaxın Şərq ilə bağlı konkret qərarın olmasını gözləmək düzgün olmazdı, sadəcə, müəyyən əməliyyatlarda terrora, o cümlədən İŞİD-ə qarşı birgə tədbirlərin keçirilməsi də razılaşdırıla bilərdi.
İkincisi, zənnimcə, generalların Türkiyənin bir NATO üzvü kimi Suriyada apardığı əməliyyatlara Rusiya-Türkiyə münasibətləri kontekstindən də baxdığı istisna edimir. Təbii ki, ABŞ üçün vacib məsələ İranın regionda rolu və İsrailin mövqeyi də qeyd edilməlidir”.

Qeyd edək ki, iki gün öncə Bakıda ABŞ-ın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü baş tutub.

Tarix
2017.02.18 / 12:49
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla