Yuxarı

Şuşa həbsxanası erməni əsgərlərlə doludur - Erməni zabit

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl həbs edilən erməni ordusunun zabiti Ermənistanın müdafiə nazirinə günahsız olduğu ilə bağlı açıq məktubla müraciət edib.

Report xəbər verir ki, leytenant Aram Ağayan məktubunda bildirir ki, 2015-ci ilin sentyabrın 8-i saat 02:50 radələrində qarovul xidmətinə cəlb edilmiş hərbi qulluqçu Rudik Qriqoryan xidmət yerində olmadığına görə onun yatdığı kazarmadakı çarpayısından oyadarkən aralarında kiçik münaqişə və çəkişmə baş verib.

O, bu hadisə ilə əlaqədar ona qurma cinayət işinin açıldığını və saxta məhkəmə qərarı ilə həbs edildiyini bəyan edib:

“Şuşa həbsxanasında Ədliyyə Nazirliyinin nəzarətindən kənar qalan, daim Ermənistan vətəndaşları olan məhbus hərbi qulluqçular saxlanılır. Məhbuslar arasında Ermənistandan olan zabitlər də çoxluq təşkil edir. Müdafiə Nazirliyindən kimsə həm həbsxanada olarkən, həm də məhkəmə zamanı hərbi qulluqçu kimi taleyimlə maraqlanmayıb”.

O, eyni zamanda bildirib ki, erməni ordusunda qanunsuzluq hökm sürür. Hərbi qulluqçu qeyd edib ki, hadisə 8 sentyabr 2015-ci il tarixdə baş versə də, cinayət işi 19 sentyabr 2015-ci il tarixdə açılıb və işi araşdıran müstəntiq cinayət baş verməmişdən əvvəl, yəni 2 sentyabr 2015-ci il tarxidə zərərçəkən tərəfdən izahat götürdüyünü qeyd edib.

“Toplanmış materiallardan da bi işin qurma, saxta və sifarişli olduğu məlum olur” - deyən erməni zabit, məktubunda erməni ordusunun rəhbərliyinə çatdırır ki, yalnız sözdə “Ordu böyük bir ailədir” şüarını söyləməklə olmaz, gərək əməli tədbirlər görülsün: “Hazırda orduda hökm sürən vəziyyət çox pisdir və heç bir erməni ailəsinin ordudakı ailəyə bənzəməsini istəmirəm”.

Tarix
2017.02.18 / 14:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla