Yuxarı

Ekspert: "Bakı bu ərazilərdə təhlükəsizliyin qarantıdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ilə görüşünün Bakıda keçirilməsi Azərbaycanın balanslı xarici siyasət yürütməsinin və neytral dövlət olmasının göstəricisidir.

Axar.az xəbər verir ki, bu fikri AzərTac-a açıqlamasında hərbi ekspert, “Azeri Defence” jurnalının bas redaktoru Rəşad Süleymanov bildirib.

Ekspert deyib ki, son illər Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasət dünyanın böyük gücləri tərəfindən hörmətlə qarşılanır. İki fövqəldövlətin silahlı qüvvələrinin rəsmi şəxslərinin də görüş üçün Bakını seçmələri bunun təsdiqidir. Azərbaycan postsovet respublikaları arasında yeganə dövlətdir ki, həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurub və bu münasibətləri daim inkişaf etdirir. Azərbaycan Silahlı Qüvvələri NATO-nun sülhməramlı əməliyyatlarında iştirak edərək, beynəlxalq təhlükəsizliyə öz töhfəsini verir. Azərbaycan Əfqanıstana Avropadan yüklərin daşınmasında, eləcə də Əfqanıstandan NATO qüvvələrinin çıxarılmasında tranzit ölkə olaraq mühüm rola malikdir. Ölkəmizin və Silahlı Qüvvələrimizin bu beynəlxalq əməliyyatlarda rolu elə ABŞ hərbçiləri və dövlət rəsmiləri tərəfindən dəfələrlə açıq mesajlarla yüksək qiymətləndirilib. Azərbaycan hərbçiləri bu gün də Əfqanıstanda sülhə öz töhfəsini verməkdədir. Eyni zamanda, Azərbaycan Rusiya ilə hərbi sahədə sıx əməkdaşlıq edir.

Rəşad Süleymanov bildirib ki, bu gün Azərbaycan yerləşdiyi regionda təhlükəsizliyin qarantıdır. Bunu xarici ekspertlər də vurğulayırlar. Xüsusilə də Rusiya ilə Türkiyə arasında yaranmış gərginliyin aradan qaldırılmasında Azərbaycan fəal rol oynadı. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, bu görüşün Bakıda keçirilməsi heç də təsadüfi deyil.

Tarix
2017.02.19 / 12:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla