Yuxarı

Avropa Putinlə Ərdoğanı necə düşmən etmək istəyir – Mətn

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə yaxınlaşmasına Avropanın qısqanc münasibəti növbəti dəfə məşhur “Ekonomist” (The Economist) nəşrinin təhlil yazısında özünü büruzə verib.

Axar.az BBC-yə istinadla xəbər verir ki, nəşr özünün son sayında Türkiyənin Rusiyanın “qucağına sığınmasının” acınacaqlı nəticəsi ola biləcəyi barədə xəbərdarlıq edib. Nəşrin iddiasına görə, Putin və Ərdoğan tamamilə fərqli və bir-birinə zidd məqsədlər güdürlər.

Məqalədə rus-türk münasibətlərinin normal olmamasını “əsaslandırmaq” üçün tarixi ekskursiya edilib. Yazılır ki, Prezident Ərdoğanın İstanbuldakı iqamətgahının “lap yaxınlığında” yerləşən Dəniz Donanması Muzeyinin hər güşəsində geosiyasi düşmənçiliklərin təsvirini görmək olar.

Nəşr əlcəzairli Həsən paşanın muzeydə saxlanan büstünə diqqət çəkib. “Bu həmin admiral Həsən paşadır ki, Rusiya donanması onun komandanlığı altında türk donanmasını son gəmisinədək yandıraraq məhv edib.

Yaxud sultanların gəzdiyi “Mahmudiyyə” gəmisinin qalıqları da buradadır. Bu gəmi 18-ci əsrdə baş vermiş Krım müharibəsində Sevastopolun blokadasında iştirak edib.

Hərçənd burada Türkiyənin 2015-ci ildə vurub saldığı Rusiya təyyarəsinin qalıqları yoxdur”, - nəşr çox qəribə bir məntiqlə tarixi sui-istifadəsini ortaya qoyub.

Məqalədə deyilir ki, həmin təyyarənin vurulması 18-ci əsrdəki kimi müharibəyə səbəb olmayıb, sadəcə, qarşılıqlı təhqir və sanksiyalarla nəticələnib. Sonra isə ötən ilin iyununda Ərdoğan Putindən üzr istəyib:

“İki ölkə barışıb, köhnə layihələri bərpa edib və ikitərəfli ticarətlərini 5 dəfə artıraraq, ildə 100 milyard dollara çatdırmağa söz veriblər”.

“Ekonomist” bu barışığı “heyrətamiz” adlandırıb və “bundan da heyrətamiz olanı iki ölkə liderlərinin ötən ilin dekabrında Suriyanın Hələb şəhəri uğrunda döyüşlərdə atəşkəs barədə razılaşma əldə etməsini” göstərib.

“Öz çəkişmələrinin kəllə-çarxında Putin və Ərdoğan bir-birini İŞİD-i dəstəkləməkdə ittiham edirdilər, indi isə iki avtokrat Suriyada bu təşkilata qarşı hava zərbələrini koordinasiya edirlər”, - nəşr vurğulayıb.

İki ölkənin yaxınlaşma sürətini “hətta ötən dekabrda Rusiyanın Türkiyədəki səfirinin Ankarada qətlə yetirilməsinin də səngitmədiyini” xüsusi vurğu ilə bildirən nəşr bu yaxınlaşmada tərəflərin gözləntilərinin bir-birinə zidd olduğunu qeyd edib:

“Belə görünür ki, cənab Ərdoğan Putinlə münasibətlərindən öz Qərb müttəfiqlərindən güzəştlər qoparmaq üçün istifadə edir. Putinin məqsədi isə NATO-nun ən zəif həlqəsini - yəni Türkiyəni bir az da boşaltmaqdır. Onların ikisindən biri sonunda pərt qalacaq”.

Nəşr daha sonra qeyd edir:

Cənab Ərdoğanın Putinlə dostlaşmasının səbəblərindən biri də onunla düşmənçiliyin çox ağrılı olması idi. Türkiyə Rusiyanın təyyarəsini vurub salandan sonra Putin Türkiyənin Yaxın Şərqə bütün yollarını kəsdi.

Rusiyanın təyyarələri Suriya ərazisində Türkiyənin, etnik əmoğluları da daxil, əlaltılarını cazasızlıq şəraitində vurmağa başladı. Rusiyanın raketdən müdafiə sistemləri Türkiyə təyyarələrini Suriya səmalarına həsrət qoydu.

Rusiyanın sanksiyaları Türkiyəyə ticarət və turizm sahəsində azı 10 milyard dollara oturdu. Rusiya hazırda daha möhkəm partnyordur. Ərdoğan hökuməti Türkiyənin ilk atom stansiyasının tikilməsini Rusiyanın “Rosatom” şirkətinə həvalə edib.

Ən başlıcası isə Ərdoğan özünün ən böyük xəyalından - qan içində üzən Suriya prezidentinin devrilməsi fikrindən əl çəkib.

Bunların əvəzində Rusiya Türkiyəyə Suriyanın içərisində bufer zonası yaratmaq izni verib. Türkiyə İŞİD-i onun sərhədboyu son istehkamlarından məhrum edib, amerikalıların dəstəklədiyi kürd YPG qüvvələrinin üstünə yeriyib.

Lakin cənab Putin başqa məsələlərdə səxavətli olmağa elə də tələsmir. Türkiyə ərzaq məhsulları üzərinə qoyulmuş sanksiyalar hələlik qüvvədə qalır.

Türkiyə əlbəttə, NATO üzvlüyünü Rusiya ilə müttəfiqliyə dəyişmək niyyətində deyil. Amma buna baxmayaraq, Türkiyə bir etibarlı müttəfiq kimi Qərbin gözündən düşməkdə davam edir.

Belə şayiələr də dolaşır ki, Ərdoğanın hakim AK Partiyasındakı yaxın yoldaşları bəzi NATO öhdəliklərindən çəkinməyi düşünürlər. Eyni narahatlıq ordu ilə bağlı da mövcuddur. İyul çevrilişi cəhdindən sonrakı repressiyalarda bir çox qərbyönlü zabitlərin həyat və karyeraları alt-üst olub.

Moskva Universitetindən Kərim Xas bildirib ki, repressiyalar Türkiyə ordusu və polisində Amerika nüfuzuna güclü zərbə vurub.

Hazırda Türkiyədəki antiqərb şivəni (!) bir qədər azalıb. Buna səbəb Ərdoğanın ABŞ-ın yeni prezidenti Donald Trampa ümidlər bəsləməsidir. Ərdoğan inanmaq istəyir ki, Tramp Fətullah Güləni ekstradisiya edəcək və ABŞ kürdlərin YPG qüvvələri ilə bütün əlaqələrini kəsəcək.

Amma cənab Tramp bu gözləntiləri doğrultmasa, onda Putin və Ərdoğan bir qədər də yaxınlaşacaqlar. Türkiyə Rusiyaya antiəsəd qüvvələri danışıqlar masasına gətirmək üçün lazımdır. Türkiyənin isə turistlərə, qaza ehtiyacı var...

Lakin əgər yeni bir böhran qopsa, Putin Türkiyə ilə NATO arasındakı uçurumu bir az da dərinləşdirəcək.

"Ekonomist" Türkiyənin keçmiş prezidentlərindən birini iqtibas edib: "Böyük dövlətlərlə münasibətlər qurmaq ayı ilə bir yatağa girmək kimidir”. Əgər bu ayı Rusiyadırsa, oyaq qalmaq məsləhətdir".

Tarix
2017.02.20 / 12:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla