Yuxarı

Elmar Məmmədyarov Ali Radanın heyətini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kuryaçiy Maksim Pavloviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə bu il Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyi vurğulanıb və iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasından məmnunluq ifadə edilib, Ukrayna Prezidenti Pyotr Poroşenkonun Azərbaycana son səfəri və iki ölkə başçısının beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edilib.

Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, daim bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Görüşdə həmçinin nəqliyyat, energetika, investisiya, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin rolu xüsusi qeyd edilib.

Tarix
2017.02.20 / 19:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla