Yuxarı

Vasif Talıbov qəza ilə bağlı Türkiyəyə heyət göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 20-də İqdır-Naxçıvan şosesində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun tapşırığı əsasında muxtar respublikadan İqdır şəhərinə rəsmi nümayəndə heyəti gəlib.

Axar.az xəbər verir ki, nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov, daxili işlər nazirinin müavini Səbuhi Novruzov, səhiyyə naziri Niyazi Novruzov daxildir.

Gün ərzində nümayəndə heyətimiz qəza nəticəsində yaralanan vətəndaşlarımız, onların müalicə həkimləri və xəstəxana rəhbərləri, həmçinin İğdırın rəsmi şəxsləri ilə görüşüb. Yaralıların müayinə və müalicəsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin Vətənə göndərilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeyd edək ki, Türkiyənin İqdır-Naxçıvan avtomobil yolunda baş vermiş qəza nəticəsində zərərçəkən azərbaycanlıların sayı dəqiqləşdirilib. Həlak olanlardan 3-nün, yaralananlardan 26-sının Azərbaycan vətəndaşları olduğu bildirilir.

Qəza baş verəndən az sonra Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev və konsulluğun əməkdaşları hadisə yerində olublar. Azərbaycanın Qarsdakı Baş konsulluğunun İğdır şöbəsində hadisə ilə əlaqədar “qaynar xətt” yaradılıb.

Tarix
2017.02.20 / 23:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla