Yuxarı

Bahar Muradova: Bu təxribatın başqa adı yoxdur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə cəbhədə baş verənlər bir daha onu göstərir ki, Ermənistan nə beynəlxalq hüququ sayır, nə ölkənin ərazi bütövlüyü prinsipinə hörmət edir, ümumiyyətlə, hər hansı hərəkətinin məsuliyyətini hiss etmir.

Bunu APA-ya açıqlamasında Ermənistanın cəbhədə törətdiyi son təxribatı şərh edən Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova deyib.

B. Muradova bildirib ki, Ermənistan qondarma "Dağlıq Qarabağ Respublikası"nda qondarma "referendum" keçirməklə müstəqil qurum olduğunu isbatlamağa çalışırdı. Lakin bu cəhdin iflasa uğradığını görüb cəbhədə təxribat törətməklə diqqəti yayındırmaq istədi: "Ermənistan daha çox dünya ictimaiyyətinin nəzərində qalmaq üçün bu cəhdləri göstərir. Həm cəbhədə təxribat törədir, həm də informasiya təxribatı aparır. Bunu da erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindəki ayrı-ayrı dəstələri dinc azərbaycanlıları hədəf götürməklə edir. Hərbi təxribatlar Ermənistan üçün əsas alətə çevrilib".

Vitse-spiker bildirib ki, Ermənistan dünya ictimaiyyətini, beynəlxalq hüququ tanımır, öz istədiyini edir: " Ermənistanın təxribatının başqa adı yoxdur".

Vitse-spiket deyib ki, onsuz da Ermənistan danışıqlarda imitasiya xatirinə, özünü göstərmək naminə iştirak edir: " Ermənistan heç vaxt danışıqlarda konstruktiv mövqe tutmayıb. Bunu dünya ictimaiyyəti də bilir ki, Ermənistan hazırkı status-kvonun saxlanmasına cəhd edir. Hətta sülh danışıqlarında tərəf kimi nəyəsə razılıq vermək istəyirsə, bunu qondarma rejimin rəsmiləşdirilməsi istiqamətində görür. Bizim sülh danışıqlarındakı iştirak məqsədimizlə Ermənistanınkı diametral şəkildə bir-birinin əksinədir. Yəni danışıqlarda əngəllər yaradır, həm də cəbhədə belə təxribatları törədir ki, status-kvo saxlansın. Ermənistanın niyyəti budur".

Tarix
2017.02.25 / 21:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla