Yuxarı

“Yerusalem Post”: Xocalı soyqırımından 25 il sonra

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəhudilərin kütləvi məhv edilməsi Almaniya bürokratiyası tərəfindən "yəhudi məsələsinin qəti həlli" kimi kodlaşdırılıb. Avropa yəhudiləri gettolarda, əsir düşərgələrində, "ölüm yürüşləri" zamanı və kütləvi güllələnmə nəticəsində həlak olurdu. Holokost qurbanlarının əlamətdar Beynəlxalq Anım Günündə bir çox ölkələrin alimləri faşistlər tərəfindən törədilən Holokost kimi dəhşətli cinayətin müxtəlif cəhətlərini müzakirə ediblər. Yəhudilər üçün sığınacağa və həqiqi Vətənə çevrilən Azərbaycanın tarixi rolu da müzakirə edilib.

Azərtac xəbər verir ki, bu fikirlər azərbaycanlı tədqiqatçı, Fransanın Monteskyö Universitetinin məzunu Səid Musayevin və beynəlxalq münasibətlər sahəsində israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin başçısı Arye Qutun İsraildə çıxan ingilisdilli “Yerusalem Post” qəzetinin 25 fevral nömrəsində dərc edilmiş "Xocalıda soyqırımı aktından 25 il sonra: inkar və tarixi ədalət arasında təkzibedilməz faktlar" sərlövhəli məqaləsində yer alıb.

Arye Qut yazır: "Nə üçün minlərlə insanın kütləvi qırğını və öldürülməsi XX əsrin sonu və XXI əsrin əvvəlində bütün problemləri özünə çəkərək toqquşmaların, o cümlədən dini, mənəvi, siyasi qarşıdurmaların əsasında durur? Holokost mənim xalqımın faciəsidir, uzun müddət yasaq mövzu olmuş faciədir. Məhz buna görə də azərbaycanlılara qarşı törədilmiş qanlı Xocalı soyqırımı da mənim şəxsi ağrım və şəxsi faciəmdir. Holokost ilə Xocalı soyqırımı arasında ümumi nə var? Xüsusi qeyd edim ki, İsrail Prezidenti Reuven Rivlin iki il əvvəl BMT Baş Məclisində Holokost qurbanlarının Beynəlxalq Anım Gününə həsr olunmuş tədbirdə çıxışında Xocalı hadisələrinə toxunub".

Məqalədə deyilir: "Elə coğrafi adlar var ki, xəritədə sadəcə nöqtəni deyil, daha çox şeyi ifadə edir. Bunlar qəddarlığın və amansızlığın rəmzinə çevrilmiş Babi Yar, Liditsa, Oradur, Xatın, Sonqmi kimi kənd və şəhər adlarıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində bu siyahıya daha bir ad - Azərbaycanın Xocalı şəhəri düşüb. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış heç bir xocalılıya aman verməyib. Erməni silahlı birləşmələrinin yırtıcılığı nəticəsində 613 adam qətlə yetirilib, 487 adam əlil olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar.

Dinc Xocalı sakinləri yaxın məsafədən güllələnib, başlarının dərisi soyulub, bir çoxu diri-diri yandırılıb. Qocalar, uşaqlar və qadınlar görünməmiş və dözülməz işgəncələrə, amansız rəftara və həqarətlərə məruz qalıblar. Xocalı şəhərinin mülki əhalisi yalnız bir məqsədlə düşünülmüş şəkildə kütləvi məhv edilirdi - onların hamısı azərbaycanlı idi. Mənə deyin görək, XXI əsrin erməni faşistləri XX əsrin 40-cı illərinin alman faşistlərindən nə ilə fərqlənir? Bu gün İŞİD-in əsrlərin başına gətirdiyi oyunların bəzi hallarda daha dəhşətlilərini erməni terrorçuları 1992-ci ildə Xocalıda törədiblər".

Məqalə müəllifləri vurğulayırlar ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı cinayət deyildir, bilavasitə bütün bəşəriyyətə qarşı cinayətdir. Onlar yazırlar: "Fevral ayı Azərbaycan xalqının ürəyində çalın-çarpaz yaralar açmış aydır. Bu yaralar günahsız qətlə yetirilmiş azərbaycanlıların sağalmayan yarasıdır. Gələcəyi erməni silahlı birləşmələrinin törətdikləri qanlı qırğın nəticəsində məhv olan bu insanların hər birinin öz əhvalatı, ailəsi və uşaqlıq dövrü olub. Həlak olanların qohumlarının bir ümumi dərdi var - bu dəhşətli cinayəti törədən insanlar indiyə qədər beynəlxalq məhkəmə qarşısında durmayıblar və cəzasız qalıblar. İkinci Dünya müharibəsinin faşist xuntası nümayəndələrinin çoxunu Nürnberq prosesində məhkəmə qarşısına çıxaran nəticələrindən fərqli olaraq, dinc azərbaycanlı vətəndaşların kütləvi məhvinin, Xocalı soyqırımının ideoloqları və icraçıları rahat şəkildə müasir Ermənistan Respublikasında yaşayırlar".

Arye Qut və Səid Musayev yazırlar: "Onların çoxu, o cümlədən sabiq müdafiə naziri Seyran Ohanyan, prezident Serj Sarkisyan və sabiq prezident Robert Koçaryan hətta bu gün də Ermənistan dövlətində yüksək vəzifələr tuturlar. Xocalıda törədilən cinayətlərdə və azərbaycanlı əhalinin məhv edilməsində yuxarıda adı çəkilən siyasətçilərdən hər biri iştirak edib. Nasistlər kimi, onlar da öz cinayətlərinə görə cavab vermək üçün beynəlxalq məhkəmə qarşısında durmalıdırlar. Müstəqil beynəlxalq mənbələrin sərəncamında Ermənistan Respublikasının bu yüksək vəzifəli şəxslərinin Xocalı qırğınında iştirakını təsdiq edən yetərincə çox material və videosənəd, faciə şahidlərinin ifadələri var. Öz cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq, bu şəxslərin bəziləri xarici KİV-lərə müsahibə verir, Xocalıda azərbaycanlılara qarşı amansız cinayət əməllərinə bəraət qazandırır və lovğalanırdılar. Bu yerdə Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın 25 il əvvəl britaniyalı jurnalist Tomas de Vaala dediyi sözləri necə xatırlamayasan? "Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq". Əminik ki, nasistlər kimi, bu "başabəla siyasətçilərin" də hakimiyyəti iflasa uğrayacaq".

Tarix
2017.02.26 / 19:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla