Yuxarı

Bolqarıstanda Xocalı ilə bağlı müraciət qəbul edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın bir qrup ictimai və mədəniyyət xadimi Xocalı qətliamı ilə bağlı müraciət qəbul edib.

APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, Xocalı faciəsi Ermənistan-Azərbaycan münaqişəsində ən faciəvi epizoddur:

“Bu hadisə 12 dövlət və ABŞ-ın 20 ştatı tərəfindən pislənilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi hissələri qeyri-qanuni silahlı birləşmələr və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərini işğal ediblər. Əksəriyyəti qadın, uşaq və yaşlılar olmaqla, 600-dən çox mülki əhali qətlə yetirilib. Tarixi yaddaş və mənəvi borc bizdən bu faciəvi hadisələrinin qurbanlarının xatirəsini heç vaxt unutmamağı və hər zaman yad etməyi tələb edir. İnanırıq ki, ədalətin bərqərar olunacağı gün uzaq deyil və Xocalı faciəsi geniş dünya ictimaiyyəti tərəfindən qınanılacaq”.

Sənəddə qeyd olunur ki, keçmişdə olduğu kimi, hazırda da bolqar xalqı Azərbaycan və erməni xalqları ilə səmimi dost münasibətlər və tərəfdaş əlaqələrinə malikdir: “Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində maraqlı olmayan destruktiv qüvvələrdən fərqli olaraq, biz hesab edirik ki, azərbaycanlılar və ermənilər arasında uzunmüddətli sülh əldə oluna bilər. Səmimi qəlbdən inanırıq ki, Cənubi Qafqaz özünün böyük iqtisadi və mədəni potensialı ilə sülh, əməkdaşlıq və rifah regionuna çevrilə bilər. Çoxdan gözlənilən bu məqsədə nail olmasında bütün cəhdləri qeyd-şərtsiz dəstəkləyirik. Biz Bakıda 2016-cı il noyabr ayında toplaşaraq “Azərbaycan və Ermənistan arasında sülh Platforması”nı yaradan Azərbaycan və Ermənistan hüquq müdafiəçiləri ilə həmrəylik nümayiş etdiririk. Ümid edirik ki, bu vacib təşəbbüs hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında dialoq üçün real əsas olacaq və Ermənistan-Azərbaycan münaqişəsinin tez bir zamanda həllinə və iki qonşu xalq arasında dost münasibətlərinin qurulmasına yardım edəcək”.

Xatırladaq ki, müraciəti imzalayanlar arasında Bolqarıstan Xalq Məclisinin üzvü, Bolqarıstanın Azərbaycandakı sabiq səfiri İvan Palçev, Bolqarıstan Xalq Məclisinin üzvü Rəmzi Osman, Bolqarıstanın İvan Vazov adına Milli Teatrının direktoru Marius Donkin, Bolqarıstan Kinematoqrafçılar Birliyinin sədri İvan Pavlov, İsrail-Bolqarıstan İnstitutunun direktoru Yahov Cerasi, Bolqarıstanın Kitabxanaçılıq və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stoyan Dençev və digərləri var.

Tarix
2017.02.27 / 20:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla