Yuxarı

Millət vəkili Türk Ocaqlarında – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Burdur Türk Ocaqlarını ziyarət edib, rəhbərliyi və üzvləri ilə görüşüb, fikir mübadiləsi aparıb və "Dağlıq Qarabağ, Türk dünyasının ortaq problemləri və həlli yolları" mövzusunda konfrans keçirib.

Kult.az xəbər verir ki, görüşdə Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Türk Ocaqları ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlıq sayəsində Türk Ocaqlarının 100 illiyinin Bakıda yüksək səviyyədə qeyd edildiyini bildirib.

Qənirə Paşayeva Türk Ocaqlarının 100 illiyi şərəfinə onun araşdırmaçı-yazar Azər Turanla birgə yazdığı “Əli bəy Hüseynzadə Turan” kitabının İstanbul Türk Ocaqları tərəfindən Türkiyə türkcəsində çap edilərək Türkiyədə geniş yayılmasını yüksək qiymətləndirib. Kitabın artıq Türkiyənin 30-dən artıq vilayətində təqdimat və imzalanma mərasimlərinin keçirildiyini deyərək bu məsələdə dəstəyinə görə Türk Ocaqlarına təşəkkürünü bildirib və yaxın zamanlarda bir neçə bölgə və universitetlərdə də kitabın təqdimat və imzalanmasının keçiriləcəyini bildirib.

O, Qarabağ münaqişəsi, Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılmasında Türk Ocaqları ilə layihələrin artmasının əhəmiyyətini vurğulayıb.

“Azərbaycanı özümüzə vətən, Qarabağ problemini də öz ağrımız sayırıq” deyən Burdur Türk Ocaqları rəhbərliyi bu istiqamətdə görülən işlərə toxunmaqla bərabər, fəaliyyətin daha da aktivləşəcəyini deyiblər. Ziyarətin və görüşün sonunda millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən keçiriləcək bir sıra tədbirlərdə iştirak etmək üçün Burdur Türk Ocaqlarının rəhbərliyini Azərbaycana dəvət edib və Azərbaycan həqiqətləri və mədəniyyəti ilə bağlı materialları Burdur Türk Ocaqlarına hədiyyə edib.

Dəvəti məmnuniyyətlə qəbul edən Burdur Türk Ocaqları rəhbərliyi də öz növbəsində Türk Ocaqlarının fəaliyyəti ilə bağlı materialları millət vəkilinə hədiyyə edib.

Millət vəkili Burdur Türk Ocaqlarının bütün üzvlərinə həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hədiyyə edib.

Konfransın barədə ətraflı məlumatı videodan izləyə bilərsiniz.

Tarix
2017.02.27 / 22:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla