Yuxarı

İlham Əliyevə “Dövlət Nişanı” verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasını prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gülün dəvətiylə Ankaraya gəlib. İlham Əliyev və xanımı Mehriban Əliyevanı Abdullah Güllə bərabər Hayrünnisa Gül qarşılayıb.

"Axar.az"ın türkiyə mətbuatına istinadən xəbərinə görə, Çankaya Köşkündə rəsmi mərasimlə qarşılanan İlham Əliyev 9 oktyabr seçkisindən sonra ilk rəsmi səfərini Ankaraya edib. 2 gün davam edəcək səfər çərçivəsində dövlət başçısı İlham Əliyevə Abdullah Gül tərəfindən "Dövlət Nişanı" təqdim ediləcək.

Türk mediası İlham Əliyevin səfər proqramını açıqlayıb

Bildirilir ki, rəsmi qarşılama mərasimin ardından iki ölkə başçısı arasında təkbətək görüş keçirilir. Görüşmədə dost və qardaş iki ölkə arasındakı müxtəlif sahələrdə ikili razılaşma və protokollar imzalanacaq. İkili görüşdən sonra İlham Əliyev və Abdullah Gül Çankaya Köşkündə ortaq mətbuat konfransı keçirəcək. Axşam saatlarında isə Baş nazir Rəcəb Tayyib Ərdoğanın da qatılacağı görüşdə İlham Əliyevin şərəfinə axşam qonaqlığı veriləcək.

Sabah isə Baş nazir Ərdoğan və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təmsilçiliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü yığıncağı reallaşacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti bu gün Türkiyəyə səfəri çərçivəsində Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbri ziyarət edib.

Tarix
2013.11.12 / 13:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla