Yuxarı

Antalyada Azərbaycan mərkəzi açılacaq - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayevanın Antalyada Akdeniz Universitetində Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin artırılması və Azərbaycan mərkəzi təklifi müsbət qarşılanıb.

Axar.az xəbər verir ki, millət vəkili universitetin rektoru Mustafa Ünal və tələbələrlə görüşündə Qarabağ həqiqətlərinin daha geniş yayılmasından və qondarma erməni soyqırımı yalanlarına qarşı birgə mübarizədən bəhs edib.

Mustafa Ünal Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib.

Qənirə Paşayeva Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı konfransların daha da artmasına ehtiyac olduğunu deyib.

Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət ətrafında söhbətlər aparılıb.

Millət vəkili Azərbaycan, Qarabağ mərkəzi üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova universitetdə əməkdaşlığın genişlənməsi, burada təhsil alan azərbaycanlı tələbələrlə bağlı bir sıra təkliflərlə çıxış edib.

Tarix
2017.03.03 / 16:41
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla