Yuxarı

Mənə cansız bədənini gətirdin - Nənəsinin Mövlud fəryadı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövlud Mövlud 1989-cu ildə Bakıda doğulub. Daha doğrusu, Bakının namını bilmədiyimiz kəndində.

Amma o, təpədən dırnağa qədər qazaxlı idi. Qazax deyəndə gözləri dolur, uçurdu. Hətta söhbətlərin birində “Nizami Cəfərov parlamentdə təkdi” deyib ağlamışdı. O. bu qədər kövrək və Qazaxa bağlı idi.

Bütün bayramları burada (Qazaxda) qeyd edirdi, elə bu gün də ənənəsinə sadiq qaldı. Gözləri doluydu, odur ki, dəfni yağmurlu keçdi...

Mövlud deyəndə ağlımıza kövrəklik və səmimiyyət gəlir. Hər kəsdə bir az Mövlud var desəm, yalan olmaz. Səhər açılandan bütün media, sosial şəbəkələr Mövlud yazır, kövrəlir, gülür, kimi şəklini, kimi xatirələrini paylaşır.

Ancaq Mövludun ölümü özü kimi isti olmadı, soyuq, qərib və bir az da kimsəsiz oldu. Son 2 ili Mövludla birlikdə işlədim, bəzən dərdləşirdik, həmişə kövrək, gülərüz, amma dərdini saxlamaz, söhbətlər edərdi.

Mövludun dayısı da 4 il əvvəl yağmurlu havada dəfn edilib. Qazaxın tarixi hamamından tez-tez yazan Mövlud elə həmin yerdə, Cümə məscidində son dəfə paklanaraq qəbr evinə yola salındı.

Nənəsi fəryad edirdi: ”Mövluddan bir oğlan uşağı yadigar qaldı, onu ailə qəbiristanlığında dəfn etdilər. Beyni bilik dolu sakit Mövludum. Mənə demişdin, bu il də bayramı birlikdə qeyd edəcəyik, amma mənə cansız bədənini gətirdin. Mövlud sanki ölməyib, qış yuxusuna gedib yatırdı...”

Musavat.com

Tarix
2017.03.16 / 23:35
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla