Yuxarı

Moskva İrəvanın “İsgəndər” xülyasına son qoydu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva görüşündən bu qənaətə gəlmək olar ki, İrəvanın siyasətində heç bir dəyişiklik olmayacaq.

Bu sözləri Axar.az-a Serj Sərkisyanın Moskva səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert Rusiyanın hər zaman olduğu kimi, bu gün də Ermənistanın xarici siyasətində dominantlıq təşkil etdiyini bildirib:

“Bu vəziyyət nəinki dəyişməyəcək, hətta daha da dərinləşəcək. Ermənistan həqiqətən də artıq Rusiyanın bir parçasıdır. Moskva görüşündə verilən qərarlar bunu deməyə əsas verir. Belə ki, artıq iki ölkə arasında ticarət mübadiləsi dram və rublla aparılacaq. Reallıq ondan ibarətdir ki, Ermənistan bazarı Rusiyaya bağlıdır. Yeni vəziyyət bu bağlılığı daha da dərinləşdirəcək. Belə ki, Ermənistan daxili bazarında rus rubluna tələbat artacaq. Bu isə Ermənistan daxili bazarının tamamilə Rusiyanın nəzarətinə keçməsi deməkdir”.

Politoloqun sözlərinə görə, Moskvada Qarabağla bağlı səslənən birgə bəyanat “İsgəndər” yalanlarına son qoyur:

“Moskva və İrəvan bu dəfə də birgə briqadanın yaradılması üzərində dayanıblar. Moskvanın əsas məqsədi regionda gedən proseslərə hərbi-siyasi nəzarəti gücləndirməkdir. Burada bir məsələ var ki, sülh zamanı bu bazanı Ermənistan idarə edəcək, müharibə şəraitində isə birbaşa Rusiya rəhbərlik edəcək. Bu, onu deməyə əsas verir ki, regionda müharibə baş verərsə, proselərə Rusiya nəzarət edəcək və bazalara istiqamət verəcək.

İsgəndər-M raketləri ilə bağlı söz-söhbətlər bitmək bilmir. Çox güman ki, Rusiya bu raket komplekslərini Ermənistana yox, məhz sözügedən hərbi qruplaşmaya verib. Yəni “İsgəndər”lər iki ölkə arasında yaradılacaq vahid orduda cəmləşəcək. Ona görə də ermənilərin müharibə başlayacağı təqdirdə Azərbaycanı “İsgəndər”lərlə hədələməsi tamamilə xülyadır”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan martın 15-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Tarix
2017.03.18 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla