Yuxarı

Türkiyə və Niderland bir-biri üçün vacib ölkələrdir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Niderland qalmaqalı prinsip etibarilə çox dərinləşməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq Türkiyədə keçiriləcək referendumdan sonra gərginliyin yavaş-yavaş səngiyəcəyini bildirib:

“Düzdür, rəsmi emosiyalara yol verildi, dövlətlarası münasibətlərə bir balaca xələl dəydi. Ancaq bunu strateji yox, taktiki müstəvidə dəyərləndirmək daha məqsədə uyğundur.

Çəkişmələrə baxmayaraq, Türkiyə və Niderland bir-biri üçün çox vacibdir. Tərəflər texnologiya, enerji və kommunikasiya sahələrində əməkdaşlığın formatını genişləndiriblər. Bu baxımdan hər iki ölkə bir-biri üçün əlverişli tərəfdaşdır. Ona görə də bəzi taktiki məsələlər üzərində olan problemləri böyütmək olmaz. Əgər münasibətlər qırılarsa, hər iki tərəf böyük itkilərə məruz qalacaq. Hazırda müşahidə etdiyimiz aktın birinci hissəsi sona çatıb. Çünki Niderlandda seçkilər bitib və hakim partiya qələbə çalıb. Aktın ikinci hissəsi Türkiyədəki referendumla yekunlaşacaq. Bundan sonra isə Ankara ilə Amsterdam arasında siyasi dialoq köhnə qaydasına qayıdacaq. Çünki hazrıkı durum heç tərəflərin özlərinə də sərf etmir”.

Qeyd edək ki, martın 11-də Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Hollandiyanın Rotterdam şəhərində görüş keçirməyi planlaşdırırdı. Lakin qarşı tərəf onun səfərinə icazə verməyib. Həmçinin, Almaniyadan Hollandiyaya maşınla gəlmək istəyən Ailə və Sosial Siyasət naziri Fatma Betülün korteji də saxlanılıb və geri qayıtması tələb edilib.

Üstəlik, Türkiyənin bu ölkədəki konsulluğunun əməkdaşları da müxtəlif təzyiqlərə məruz qalıblar.

Bu, iki ölkə arasında qalmaqala səbəb olub və tərəflər arasında siyasi gərginlik hələ də davam edir.

Tarix
2017.03.18 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla