Yuxarı

Millət vəkili Ağdam kəndində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Tovuzun Ağdam kəndində sakinlərlə görüşüb, kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək onların bayramlarını təbrik edib.

Axar.az xəbər verir ki, şəhid ailələrini ziyarət edən Q.Paşayeva kənddə bir sıra seçiciləri də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Sakinlər millət vəkilindən Ağdam kəndinin bərbad vəziyyətdə olan yolun düzəldilməsi üçün təkrar lazımi qurumlara müraciət etməsini xahiş ediblər. Bununla bağlı bir neçə dəfə müvafiq qurumlara müraciət etdiyini deyən millət vəkili Bakıya dönən kimi hökumətə ön cəbhə sakinlərinin bu xahişi ilə bağlı tərar müraciət edəcəyini vurğulayıb.
Millət vəkili həmçinin bir neçə gün əvvəl ön cəbhədə şəhid olmuş Tovuzun Yanıqlı kənd sakini şəhid Elvin Əhmədovun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb. Millət vəkili bəzi kənd sakinləri ilə də görüşüb və onların qaldırdığı məsələlərlə bağlı müvafiq qurumlarla müzakirə aparacağını bildirib.
Bir neçə gün öncə ön cəbhədə şəhid olmuş Tovuzun Yuxarı Öysüzlü kəndindən olan şəhid Abbasov Həsənəli Çingiz oğlunun da ailəsinə baş çəkən Q.Paşayeva ailənin qayğıları ilə maraqlanıb və kənd sakinləri ilə də görüşüb.

Rayonun bir sıra kəndlərindən seçiciləri qəbul edən millət vəkili bəzi kəndləri ziyarət edərək sakinlərin bayramını təbrik edib, qayğı və problemləri ilə maraqlanb. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin araşdırılacağını bildirib.

Tarix
2017.03.22 / 14:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla