Yuxarı

Azərbaycanlı alim: "7 il küsülü qalacaqlarına inanırlar"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy xalqımızın ən qədim bayramlarından olan Novruz bayramı haqqında Bolqarıstanın “Fokus” informasiya agentliyinə müsahibə verib.

Axar.az xəbər verir ki,Novruz bayramının mahiyyəti barədə danışan alim onu müxtəlif etnosları, xalqları, etnik qrupları, siyasi quruluşları, ideologiyaları, tarixi və müasir mədəniyyətləri, müxtəlif dinləri, adət-ənənələri birləşdirən, onlar arasında sosial, siyasi, mədəni, psixoloji harmoniya yaradan və sülhü bərqərar edən fenomenal mədəniyyət hadisəsi olaraq xarakterizə edib. O, Novruz bayramının öz tarixi-mədəni kökləri etibarilə onu dünən və bu gün qeyd edən xalqların bayramı olmaqla yanaşı, həm də ümumbəşəri mahiyyəti baxımından bütün dünyada insanlığın yenilənmə və sülh bayramı olduğunu vurğulayıb.

Bu bayramın əsasında təbiətin zamanla dəyişməsi ritminin durduğunu ifadə edən elm xadimi insanın da təbiətin bu ritminə kökləndiyini, məhz bu səbəbdən onu “Novruz” – “Yeni gün” adlandırdığını bildirib. Novruz bayramının fəlsəfi və sosial-psixoloji mahiyyətinə toxunan professor bu bayramı varlığın yenidən yaradılması barədə ilkin fəlsəfi-mifoloji təsəvvürlərin ritual təcəssümü kimi xarakterizə edib. “Novruz bayramı, onu təşkil edən bütün ünsürlərin sosial-psixoloji harmoniyasında reallaşır”, - deyən alim bayramda təbiət, cəmiyyət və zaman arasında qlobal harmoniyanın yaranmasının əsas şərt olduğunu, ziddiyyətdə, konfliktdə olan insan, qonşu, ailələrin hökmən barışmalı olduğunu, Novruz bayramının sosial-psixoloji əsasında hər cür ziddiyyətləri, konfliktləri aradan qaldıran sülh ideyasının durduğunu qeyd edib. Bayramın qeyd olunma arealı haqqında da məlumat verən S.Rzasoy Novruzun bir sıra xalqların ortaq bayramı olduğunu, Avropa, Asiya və Şimali Afrikada müxtəlif xalqlar tərəfindən qeyd edildiyini bildirib. O, Novruz bayramının Sibirdə, Ön Asiyada, Misirdə və digər Şimali Afrika ölkələrində, Asiyada Saxa-Yakutiyadan Avropada Balkanlara, Moldovaya, Çindən Şimali Rusiyaya və Cənub-Şərqi Asiya ölkələrinə qədər çox nəhəng siyasi coğrafiyada qeyd olunduğunu ifadə edib.

Daha sonra Azərbaycan xalqının adət-ənənələrində, folklorunda Novruz bayramının əlamətlərindən danışan alim dünyada 50 milyondan artıq azərbaycanlı tərəfindən hər il qeyd olunan Novruz bayramının çox zəngin ənənələrə malik olduğunu, Azərbaycanda da Novruz bayramı kompleksində ümumşərq Novruzunun atributlarının müşahidə edildiyini bildirib. Ardınca xalqımızın özünə məxsus qədim ənənələri Azərbaycan Novruzu üçün xüsusi yer tutduğunu ifadə edən alim dörd çərşənbə və Novruz bayramı gününü xüsusi vurğulayıb. Dörd çərşənbənin hər birinin xalq arasında fərqli adları olduğunu, şərq fəlsəfəsində onların həm də dünyanın yaranmasının dörd ünsürü - su, od, torpaq və hava ilə əlaqələndirildiyini qeyd edən professor Azərbaycan mifik inanclarına görə, Novruzun ağsaçlı bir kişi olduğunu və hər çərşənbədə gələrək bir ünsürü - torpağı, suyu, odu, ağacı oyatdığını söyləyib. Azərbaycan Novruzunun od və su ilə yanaşı, əsas atributlarından birinin ağac-bitki ünsürü olduğunu söyləyən elm xadimi deyib ki, bolluq və bərəkətin rəmzi olan səməni Novruzun ayrılmaz atributudur və hər bir evdə, hər bir süfrədə olur. Axır çərşənbədə süfrənin xüsusi məna daşıdığını, burada 7 növ ərzağın olmasının vacibliyini ifadə edən alim bunun ailənin təzə ilə tam, bütöv halda, zədəsiz keçə bildiyini göstərdiyini vurğulayıb.

Azərbaycan Novruzunun sosial harmoniya və sülh bayramı kimi əsas xüsusiyyətlərindən birinin cəmiyyətdəki küsülülərin barışdırılması olduğunu deyən S.Rzasoy il ərzində küsənlərin Novruza qədər hökmən barışmalı olduğunu, əks halda 7 il küsülü qalacaqlarına inanıldığını bildirib.

Sonda Novruz gününün yeni ilin birinci günü olduğunu söyləyən alim bu gündə bütün insanların çöllərə, küçələrə, meydanlara çıxaraq bayramı kütləvi şəkildə qeyd etdiklərini, müxtəlif idman yarışlarının təşkil olunduğunu, yumurta döyüşdürərək şənləndiklərini qeyd edib.

Tarix
2017.03.22 / 16:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla