Yuxarı

Trampdan Meyə təcili zəng – Terakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Baş naziri Tereza Meyə London teraktından dərhal sonra zəng edib.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser məlumat yayıb. Onun sözlərinə görə, Trampla Mey teraktı müzakirə ediblər.

“Əlbəttə, biz Vesminsterdəki hücum barədə müzakirə aparırıq. Böyük Britaniya hadisəyə terror aktı kimi yanaşır. Biz Britaniya polisinin olaya dərhal verdiyi reaksiyanı alqışlayırıq”, - Spayser bildirib.

O, qeyd edib ki, terror hadisəsi nəticəsində dünyasını dəyişənlərə görə ABŞ bağsağlığı verir və dua edir: “Britaniya hökuməti günahkarların cəzalandırılmasında ABŞ-ın tam dəstəyinə güvənə bilər”.

ABŞ Dövlət katibi Reks Tillerson da ölənlərin ailəsinə başsağlığı verib. “Biz hadisəni kimin törətməsindən asılı olmayaraq, bu dəhşətli aktı qınayırıq”, - Tillerson deyib.

Tarix
2017.03.23 / 00:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək - Paşinyan

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla