Yuxarı

Millət vəkili: “Boynumuza çox böyük missiya düşür...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Türk Ziraat Yüksək Mühəndislər Birliyində “Türk dünyası və Türk birliyi” adlı konfrans keçirib.

Axar.az xəbər verir ki, Türk Ziraat Yüksək Mühəndislər Birliyi başqanı Fəhmi Kirazın açılış çıxışından sonra “Türk dünyası və Türk birliyi” adlı konfrans keçirən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva çıxışına “Azərbaycanda ön cəbhədə işğalçı Ermənistanın təxribatlarına layiqli cavab verən zaman şəhid olan Azərbaycan əsgərləri, Türkiyədə terrorla mübarizədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm və Qarabağ həqiqətlərinin dünyaya daha geniş yayılmasında birliyimizi daha da gücləndirməliyik", - deyib.

Millət vəkili Qənirə Paşayeva çıxışı zamanı bildirib ki, türk kökənli bütün aydınlarımız türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməlidirlər.

Bölgədə son günlər narahatlığın daha da artdığını vurğulayan millət vəkili qardaşlığın həm yaxşı, həm çətin gündə birlikdə olduğunu deyib:

“Azərbaycan xalqı hər zaman qardaş türk dövlət və toplumlarının yanındadır. Bütün türk dünyasını, harada doğulub, harada yaşamasından asılı olmayaraq, hər bir türk insanını da buna çağırıram. Azərbaycan bizim olduğu qədər sizin, sizin yaşadığınız o gözəl yurdlarınız da sizin olduğu qədər bizimdir, bizim də vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar”.

Q. Paşayev çıxışı zamanı Azərbaycanın və türk dünyasının ən böyük problemlərindən olan Qarabağ məsələsindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı soyqırımından da danışaraq bildirib ki, hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: “Bir türk xalqının, toplumunun problemi bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə aydınlarımızın boynuna çox böyük missiya düşür, ona görə də daha fəal olmalıyıq.

Bütün türk, müsəlman çoğrafiyasında yaşayan, acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və bu gün Suriyada Bayırbucaqda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısqada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlimizdən gələn köməyi əsirgəməməliyik”.

Millət vəkili Türk Ziraat Yüksək Mühəndislər Birliyi üzvlərinə Azərbaycanla, Qarabağ problemi və Xocalı soyqırımı həqiqətləri ilə bağlı çoxlu materiallar bağışlayıb.

Tarix
2017.03.23 / 15:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla